"Akademik şəbəkənin uzun illər yarıtmaz fəaliyyəti milli genefondumuzu məhv etməkdədir. Alim, akademik qılafında toxunulmazlıq qazanmış, ortada yeyib qıraqda gəzən, ölkənin beyin potensialını hərtərəfli şikəst edən bu zümrənin harın, məsuliyyətsiz və antimilli davranışları üzündən ölkəmizdə Tərtər boyda ağır cinayətlər törənmiş, başıpozuq və söyüşcül bir nəsil yetişmişdir. İslaholunmaz bu şəbəkənin yuvası birdəfəlik dağıdılmalıdır. Mənfur şəbəkə üzvləri bütün iyrənc əməllərini həyasızcasına ölkə rəhbərinin ünvanına dedikləri tərif, mədhiyyə fonunda həyata keçirirlər. Bu çoxbilmişlərin xain əməllərini görməmək üçün kor olmalısan..."
DİA-AZ xəbər verir ki, bu ilginc təkliflə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov çıxış edib.
O daha sonra davam edir: "Xatırladım ki, AMEA prezidenti postunu 2019-cu ilin oktyabr ayından 2022-ci ilin fevralına qədər Ramiz Mehdiyev, 2022-ci ilin oktyabr ayından bu günə qədər isə onun yaxın dostu və silahdaşı İsa Həbibbəyli tutur. Biznesmen olmadıqları halda hər ikisinin böyük maddi imkanları var. Hesablama Palatasının yoxlaması 2020-2023-cü illəri əhatə edir. Ümud edək ki, QANUN öz sözünü deyəcək.
***
"AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, 2022-ci ilin sonlarından Akademiyada çoxşaxəli islahat və yeniləşmə hərəkatına start verilib. Həyata keçirilən ardıcıl və kompleks tədbirlər nəticəsində Akademiyanın strukturu əsaslı olaraq modernləşdirilib, elmin yeni prioritetləri dünya elminin çağırışları və dövlət siyasətinin strateji hədəfləri ilə uyğunlaşdırılıb, elmin dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və ideoloji siyasətinin həyata keçirilməsində iştirakı əhəmiyyətli dərəcədə gücləndirilib, beynəlxalq elmi əlaqələr genişləndirilib".
Gözəl sözlərdir, deyilmi?! Təəssüf ki sözlə inkiaf olmur, İsa müəllim! İstəsəniz, açıq debat təşkil edin, mən sübut edim ki, akademiyada heç bir inkişaf və yeniləşmə yoxdur. Nə olsun ki, gözə kül üfürmək üçün hər gün o sözləri təkrar edirsiniz.
Akademiya prezidentinin və onun adamlarının, dostlarının cibi dolanda inkişaf və yeniləşmə olur?! Əksinə, tək-tük vicdanlı, mövqeyindən dönməyən məhsuldar alim varsa, onu da gözüm-çıxdıya salıb ləkələmək, maddi səfalətə düçar etdirib susdurmaq istəyirsiniz. Xain hesablamalarınıza görə ağır vəziyyətə saldığınız alim ölkə başçısına qarşı etiraz etməli və günahı onda görməli idi. Bunun əksini görüb yanıb-yaxılırsınız, çünki bu planınız baş tutmadı.
Deyirəm, niyə zərrə qədər utanmırsınız?! Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!"
"Gör, ölkənin akademikləri hansı niyyətin sahibidirlər?!" - ETİRAZ VAR...
Cəmiyyət
23, okt, 2024
15:49
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30