"BakıKart"ın rəhbəri dəyişdi

Cəmiyyət
14, avq, 2024 15:20

Azərbaycan paytaxtının ictimai nəqliyyatında istifadə olunan "BakıKart"ın operatoru - "K Group" MMC-nin direktoru Orxan Bayramov işdən çıxıb.

Aftv.az "Report"a istinadən xəbər verir ki, şirkətə rəhbərlik Məmməd Allahverdiyevə həvalə olunub.

Xatırladaq ki, "K Group" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 23 milyon manatdır.

Son xəbərlər