“Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov seçki qanunlarını pozur.
Belə ki, iki gündür ki mediada “Bakı Tikiş Evi”nin məktəbli formalarının qiymətlərinin ucuzlaşdırması barədə informasiya yayılır. Maraqlıdır ki, “Bakı Tikiş Evi” ASC-nin sədri Fidail Rəhimov bunu Yeni Azərbaycan Partiyası tərəfindən 23 saylı Nəsimi – Səbail seçki dairəsindən namizədliyi irəli sürülən oğlu Elnur Rəhimov təbliğat və təşviqata başladığı ərəfədə açıqlayır. Nəzərə alsaq ki, məktəbli formalarının qiymətləri Nazirlər Kabineti tərəfindən təsdiqlənir, Fidail Rəhimovun birdən – birə belə addım atması olduqca maraqlıdır. Fidail Rəhimov heç zaman qiymət endirilməsinə razı olmayan iş adamlarından biridir. Lakin son günlər o çox səxavətli olub. Belə ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsinin seçicilərindən aldığımız məlumata görə avqustun 1-dən Elnur Rəhimovun təbliğat və təşviqatı aparılır. Sakinlər bildirir ki, övladı məktəbə oxuyan seçicilərin uşaqlarına məktəbli forması, çanta və digər ləvazimatların veriləcəyi vəd edilib. Bundan əılavə imkansız seçicilər hələ avqustun birindən başlayaraq ərzaq paylanmağa başlayıb ki, bu da seçki qanunlarının pozulmasıdır. Nəsimi – Səbail seçki dairəsinin seçiciləri qeyd edirlər ki, onlarla şəxsən Fidail Rəhimovun adamları görüşərək dəstək istəyib. Artıq seçicilərin içərisindən imkansız və müalicəyə ehtiyacı olan şəxslər seçilib. Bir sözlə Fidail Rəhimov seçki qanunlarını ayaq altına ataraq oğlunun təbliğatına başlayıb.
Qeyd edək ki, Azərbaycanda vahid məktəbli formalarını öz monopoliyasına alan Fidail Rəhimovun öz oğlunu Yeni Azərbaycan Partiyasının siyahısına saldırması barədə mətbuatda yazılar dərc edilib. Mətbuat ölkədə kifayət qədər savadlı şəxslərin olduğu halda Yeni Azərbaycan Partiyası siyahıya Elnur Rəhimovun adınının siyahıya salınmasını təəccüblə qarşılamışdılar.
35 yaşlı Rəhimov Elnur Fidail oğlu Bakı şəhər Nəsimi rayon sakinidir. O 2012-ci ildə Türkiyə Cümhuriyyətinin İzmir Şəhərində Dokuz Eylül Universitetini bitirib. 2012-2013-cü illərdə İsveçrənin Cenevrə şəhərində MBA Master of business Administration with major in Global Banking and Finance dərəcəsini bitirib. 2013-cü ildən Bakı Tikiş Evi ASC-də maaliyə işləri üzrə sədr müavini vəzifəsində işləyir. 2014-2019-cu illərdə YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin sədri olub. Ailəlidir 2 övladı var.
Qeyd edək ki, 23 saylı Nəsimi – Səbail seçki dairəsindən deputat Ziyad Səmədzadədir.(xalq.az)
Aftv.az
Elnur Rəhimov seçki qanunlarını necə pozur?
Cəmiyyət
8, avq, 2024
13:47
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30