İctimai nəqliyyatda gedişhaqqının 50 qəpik olmasından sonra vətəndaşlar istifadə etdikləri avtobusların keyfiyyətindən daha çox şikayət edirlər.
Ötən yazımızda "Koroğlu" metrosundan Bakı kəndlərinə getmək üçün bəzən avtobus, taksi tapılmadığı, tapılan avtobusların divarlarında isə natəmizlikdən ot göyərdiyi barədə vətəndaşlar narazılıq etmişdilər. Problem hələ də həll olunmamış qalır.
İndi isə ölkənin bir nömrəli avtomobil zavodunun (Gəncə Avtomobil Zavodu-red) yerləşdiyi Gəncə şəhərində ciddi avtobus problemi yaşanır. Gəncədən Nicat Xudat AYNA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə səslənərək, qeyd edir ki, Gəncədəki bütün avtobuslar öz istismar müddətini başa vurub və üfunət qoxurlar: "Mən anlaya bilmirəm, bu ölkə tək Bakıdan ibarətdir? Siz ancaq Bakıda fəaliyyət göstərirsiniz, yoxsa bütün ölkənin agentliyisiniz? Gəncədə normal ictimai nəqliyyat nə zaman olacaq? Avtobuslar hamısı istismar müddətini başa vurub, sınıq-salxaq avtobuslardan üfunət iyi gəlir. Gediş haqqı da qalxıb, olub 50 qəpik. Gəncədə nəinki 50 qəpik, heç beş qəpiklik ictimai nəqliyyat yoxdur. Gəncə camaatı adam deyil?" - deyə, vətəndaş aidiyyəti qurumlara narazılığını bildirir.
Digər şikayətlər də keyfiyyətsiz yol keçidi xətlərindəndir. Sosial şəbəkə istifadəçiləri bu haqda AYNA-nın rəsmi "facebook" səhifəsində qeyd edirlər ki, bir çox yerdə yol keçidi xətləri yoxdur, olanlar da keyfiyyətsizlikdən heç bir ay çəkmir ki, silinir.
Elnur Əliyev piyada keçidləri barədə yazır: "O piyada keçidlərində insanlar ölür və nə qədər ölsə də, xeyri yoxdur - AYNA piyada keçidlərini rəngləməyəcək. Bu səbəbdən də ölən adamların məsuliyyətini bu ölkədə heç kim daşımır. Burda qanun yoxdur".
Məlumat üçün qeyd edək ki, yazılan bu şərhlərin hər biri məhz elə aidiyyəti qurumun rəsmi "facebook" səhifəsinə yazılıb. Onların bir qismi isə cavablandırılmayıb.
Gəncə şəhərinin avtomobil zavoduna malik olmasına baxmayaraq, burada niyə hələ də gərəkli avtobusların hazırlanıb, şəhər sakinlərinin istifadəsinə verilməməsi isə maraq doğurur.
(Bizimyol.info)
Aftv.az
"Nəinki 50 qəpik, heç beş qəpiklik ictimai nəqliyyat yoxdur" - Bəs Gəncə Avtomobil Zavodu nə edir?
Cəmiyyət
3, avq, 2024
10:47
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00