8 Noyabr prospektində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət
2, avq, 2024 11:12

8 Noyabr prospektində hərəkət məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Dəmir Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, 3 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ dairəsindən Sadıqcan küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir. 
Aftv.az  

Son xəbərlər