Azərbaycanda Əməkdar artist vəfat etdi

Cəmiyyət
1, avq, 2024 17:34

Əməkdar artist Zemfira Nəcəfova vəfat edib.
Bu barədə APA-ya Lənkəran Dövlət Dram Teatrının Mətbuat Xidmətindən məlumat verilib.
Aktrisanın bu gün vəfat etdiyi qeyd olunub.
Zemfira Musabala qızı Nəcəfova 1950-ci ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib və həmin ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktrisa kimi çalışır. O, burada yüzdən artıq rolu canlandırıb.
Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30