Bakıda bəzi şadlıq saraylarında keçiriləcək toylar təxirə salınıb.
Səbəb noyabr ayında Bakıda keçiriləcək COP29 tədbiridir. Artıq COP29-un baş tutacağı Bakı Olimpiya Stadionu ətrafındakı əksər şadlıq evlərinin noyabrın 8-dən 22-nə qədər toyların sifarişini qəbul etmədiyinə dair məlumatlar əksini tapır.
Ölkəmizə axın edən turistlərin sərbəst hərəkət etməsi baxımından bir çox fəaliyyət sahələrinin hhəmin zaman kəsimində necə fəaliyyət göstərəcəyi sual altındadır.
Mövzu ilə bağlı Referans.az-a danışan turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov bildirib ki, COP29 tədbiri ölkəmizdə indiyədək keçiriləcək ən böyük tədbir hesab olunur:
“Çoxlu xarici vətəndaşların ölkəmizə gəlməyi gözlənilir. Bununla əlaqədar olaraq dövlət başçılarının, rəsmi şəxslərin, bu sahə üzrə ekspertlərin ölkəmizə gələcəyi gözlənilir. Mötəbər tədbirlə əlaqədar olaraq ciddi təhlükəsizlik, yerləşmə tədbirləri həyata keçirilir. Gələn qonaqların təhlükəsiz şəkildə hərəkət etməsi üçün müəyyən məhdudiyyətlərin tətbiq olunması gözləniləndir”.
Ekspert deyir ki, gələn qonaqların rahat hərəkət etməsi üçün nəqliyyatla bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunması, həmçinin iş yerlərinin müvəqqəti qapadılması və onlayn şəkildə idarə olunması, gediş-gəliş yerlərində məhdudlaşdırlmanın aparılması tətbiq oluna bilər: “Tədbirin qüsursuz və keyfiyyətli keçirilməsi üçün lazım olan bütün zəruri addımların atılacağı gözlənilir. Çünki tədbirin burada keçirilməsinin təkcə iqlim dəyişikliyi ilə əlaqədar deyil, siyasi-iqtisadi, turizm nöqteyi nəzərindən ölkəmizin doğru şəkildə tanıdılması baxımından xüsusi əhəmiyyəti var. 70-80 min insanın ölkəmizə gəlişi Azərbaycanın dünyaya tanıdılması baxımından önəmlidir. Azərbaycan neft- qaz ölkəsidir. Bununla belə, Azərbaycanın iqlim dəyişikliyi ilə əlaqədar olaraq mötəbər tədbirə ev sahibliyi etməsi ölkə olaraq bizim də ətraf mühitə nə qədər diqqət etdiyimizi və bununla bağlı ciddi dəyişikliklərə hazır olduğumuzu dünyaya göstərən mesaj verir”.
Aftv.az
“Toylara qadağa ilə bağlı qurumlar hər hansı göstəriş verməyib”
Cəmiyyət
31, iyl, 2024
20:48
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00