Vətəndaşların xüsusilə külli miqdarda pulunu dələduzluq yoli ilə ələ keçirən Qəmbərov Cahangir Musulat oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib. Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Cahangir Qəmbərov yarımçıq qalmış çıxışını davam etdirib. O bildirib ki, 2012-2017-ci illərdə bacanağı Asifin yanında kabel sexində işləyib: “Əsasən satışa baxmışam. Sonra bacanağım rəhmətə getdi. 2017-ci ildən cinayət işində zərərçəkmiş qismində tanınan Liliya xanımın yoldaşı Qərib ilə ortaq məxrəcə gəldik ki, ikimizdə pul qoyub kabel sexi açaq. Ancaq Mixieva Liliya Talxanovna ibtidai istintaqda verdiyi ifadəsində bildirib ki, Cahangir ilə ailəvi dost olduqlarından 2018-ci ildə Cahangir onu əri Qəribdən 20 min ABŞ dollar borc istəyib və 2019-cu ilin əvvəlində qaytaracağına söz verib. 2019-cu ilin axırlarında isə yenidən Qəribdən borca 15 min ABŞ dollar pul istəyib, alıb və dediyi vaxta da qaytarıb.
Beləliklə dostunun etibarını qazanan Cahangir 2020-ci ilin yanvar ayında xaricdən PVC xammalı və kabel gətirəcəyi və firmalara satıb böyük qazanc əldə edəcəyini vəd verərək onlardan 54 min 500 ABŞ dollar pulu nağd şəkildə Liliyagilin evində alıb. Və söz verib ki, hər ay onlara verdikləri pulun müqabilində 20 faiz gəlir verəcək. Yenidən həmin ilin aprel ayında Cahangir 12 min 500 ABŞ dollar puluda biznesə yatırmaq adı ilə onlardan alıb. Ümumilikdə 67 min ABŞ dollar pulları əllərindən getdikdən sonra heç bir qazanc qarşılığı olmadan 2023-cü ilin fevral ayında yenidən 3 min ABŞ dollar pulu onlardan alıb. Dələduzluq əməllərini yenidən davam etdirən Cahangir Qəmbərov həmin ilin mart ayında Liliya və əri Qəribdən 14 min 700 ABŞ dollar pulu yenidən alıb. Beləliklə 89 min 700 ABŞ dollar pulun qarşılığında cəmi 9 min 700 ABŞ dollar pulu may ayına kimi qaytarıb. Beləliklə Cahangir Qəmbərov hazırki vəziyyətdə aylıq gəliri çıxmaq şərti ilə Liliya və ərinə qarşı 80 min ABŞ dollar pul dələduzluq edib.
Məhkəmənin gedişində Cahangir Qəmbərov üzünü hakimlərə tutaraq bildirib ki, “Bəli, borcum var, mənə sual verən yoxdur ki, sən şikayətçilərin pulunu qaytarmaq istəyirsən?”.
Sonra yenə Cahangir Qəmbərov öz ifadəsində qeyd edib ki, 2021-ci yanvar ayından 2023-cu ilin tutulan gününə kimi 6 milyon 150 min dollar pulu Əhmədin şirkətlərinə pul ödəmişəm, əlimdə 400 min ABŞ dolları nəğd pul olub.
Burada sual yaranır, bu qədər dövriyyəsi olan Cahangir nə üçün 2021-ci ilə kimi Mixieva Liliya Talxanovnadan dələduzluq yolu ilə ələ keçirdiyi 80 min ABŞ dollar pulu qaytarmayıb.
Həmçinin Cahangir məhkəmədə qeyd edir ki, 6 milyonun qarşısında Əhməd ona cəmi 2 milyon 800 min dollarlıq mal göndərib. Bununla bağlı onda səs yazısı var, həmin səs yazısını ibtidai istintaqa təqdim etməyib, məhkəməyə təqdim edəcək.
Ancaq ibtidai istintaqda zərəçəkmiş Əhməd Mütəllimov Cahangir Qəmbərova verdiyi pul məbləğlərinin invoice qəbzlərini təqdim edib. Məlum olub ki, Cahangir malları Əhmədə aldıraraq dəyərindən daha ucuz qiymətə satıb pulları ələ keçirib. Soruşanda isə bildirib ki, malları nisyə verib, pulları müxtəlif müştərilərdədir. Hətta bunlarla bağlı Cahangir özü gömrük bəyanamələri, ödəniş tapşırıqları, invoys sənədləri komputerdə saxta şəkildə düzəldərək pulların dövriyyədə olması görüntüsü yaradıb.
Beləliklə zərərçəkmiş Əhməd Mütəllimov hazırda maddi cəhətdən acınacaqlı duruma düşdüyünü, onda Cahangir Qəmbərov tərəfindən ələ keçirilən bütün əmlakın qəbzləri, digər sənədləri və səs yazılarının olduğunu ibtidai istintaqda verdiyi ifadəsində qeyd edib: “ Cahangirin nə malın dəyərini, nə də gömrük rüsumlarını ödəmək üçün pulu olmayıb, onun etibarını qazanaraq ondan külli miqdarda pul vəsaiti alıb Türkiyə və Çindəki şirkətlərə ödəyib”.
Həmçinin Canahgir Qəmbərov həm ibtidai istintaqda, həm də məhkəmə istintaqında verdiyi ifadəsində qeyd edib ki, onun hazırda Əhməd Mütəllimova 865 min 148 ABŞ dollar borcu var.
Cahangir Qəmbərovun məhkəmə prosesi 17 sentyabr tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, ibtidai istintaqla müəyyən edilib ki, Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirləndirilən Cahangir Qəmbərov Mixieva Liliya Talxanovnanın 136 min manatını, Rəşidov Tamerlan Elman oğlunun 581 min 436 manatını, Əhmədov Aqif Çingiz oğlunun 3400 manatını, Məlikov Hacıbala Qasım oğlunun 2400 manatını, Əhməd Aydın oğlu Mütəllimovun isə 1 milyon 470 min 751 manatını ələ keçirərək xüsusilə külli miqdarda dələduzluq etmişdir.
Unikal.org
“Bəli, borcum var. Mənə sual verən yoxdu şikayətçilərin pulunu qaytarmaq istəyirsən?" - 5 nəfərin 2 milyon manatdan çox pulunu ələ keçirən Canahgir Qəmbərovun cinayət işi
Cəmiyyət
24, iyl, 2024
15:45
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30