Ölkədə dövlət qurumları, nazirliklərin əksəriyyəti sanki iflic olublar. Bu dərəcədə şikəst fəaliyyətlə həmin strukturların necə mövcud olduqları heyrət doğurur. Çünki onlara edilən müraciətlərə heç tüklərini tərpətmirlər.
Götürək elə Fövqəladə Hallar Nazirliyini. Maraqlıdır, nazir və nazirliyin əməkdaşları hər gün işə gəlib nə edirlər? Doğurdanmı mətbuatı izləmirlər, maraqlanmırlarmı kim nə ilə bağlı müraciət edib? Bəs, onların işi-gücü nədən ibarətdir?
Misal üçün xeyli vaxtdır ki, Mirzəyev Pərviz Gülağa oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edir, probleminin həll olunmasını istəyir, amma səs-səmir yoxdur. Bildirmişdi ki, 2005-ci ildən Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon bölməsində işləyib, 2023-cü ilin dekabrında təqaüdə çıxıb, pensiyaya çıxandan sonra ona hesablama pulu verilməyib. Amma bu müraciəti nazir görməzdən gəlir. Hətta öz işçisinə qarşı belə laqeyddir.
Şikayətçinin sözlərinə görə, 112 Xidmətinə də zəng edib, oradan isə deyilib ki, müraciətinizə baxılacaq. Amma indiyə qədər nə o müraciətə cavab gəlməyib, nə də nazir K.Heydərova media üzərindən etdiyi xahişə baxan var. Yəni bu qədər biganəlik olarmı? FHN şefi təqaüdə çıxan bir insanın kiçik problemini həll edə bilmirmi? Nə çətin işdir ki, nazir müvafiq bir tapşırıq versin?
Ona görə də artıq cana doyan Pərviz Mirzəyev Prezident İlham Əliyevə üz tutaraq bildirib ki, nazir Kəmaləddin Heydərova etdiyi müraciət nəticəsiz qalıb.
P.Mirzəyev dövlət başçısından xahiş edir ki, bu məsələ ilə bağlı FHN rəhbərliyinə, aidiyyatı struktura müvafiq tapşırıq verilsin, onun üçün böyük, nazirlik üçün kiçik bir məsələ olan bu problem həllini tapsın. Dövlət Yanğından Mühafizə Xidmətinin peşəkar əməkdaşlarından olmuş P.Mirzəyev təəssüf edir ki, uzun müddət işlədiyi qurumun rəhbərliyi onun bu müraciətlərini susqunluqla qarşılayır və cavabsız qoyur.
O, ümid edirdi ki, nazir Kəmaləddin Heydərov təqaüdə çıxmış keçmiş işçisinə münasibətdə qayğıkeş, diqqətcil olacaq, amma hesablama pulunu almaq üçün etdiyi xahişə quru cavab da gəlməyib. Odur ki, Prezidentə müraciət edərək bu işin müsbət həllini tapması üçün göstəriş verməsini xahiş edir.
(Anaxeber.İnfo)
Aftv.az
FHN şefi təqaüdə çıxan bir insanın kiçik problemini həll edə bilmirmi? - ETİRAZ VAR...
Cəmiyyət
11, iyl, 2024
17:43
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00