Qarabağ qazisinin müalicəsinə toplanan pullar kartdan OĞURLANDI

Cəmiyyət
11, iyl, 2024 12:23

Qan xərçəngindən əziyyət çəkən Qarabağ qazisi Səxavətin müalicəsi üçün toplanan vəsait kartdan oğurlanıb.

Bakupost.az xəbər verir ki, bu barədə jurnalist Dünya Sakit sosial şəbəkədə məlumat verib.

"Dostlar, şərəfsizin biri qan xərçəngindən əziyyət çəkən Səxavət balamızın kartına yığılan pulu oğurladı. Mənim adımdan istifadə edərək etdi bunu. Məndən ailənin telefon nömrəsini istədi, sonra ailəyə də mənim adımı verib, kartın məlumatlarını alıb".

Qeyd edək ki, jurnalist məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib.
Aftv.az

Son xəbərlər