Azərbaycanda sahibkarlığın inkişafına dəstək verməli olan bir sıra dövlət qurumlarının imkan düşən kimi onlara problem yaratdığı heç kimə sirr deyil. Son vaxtlar belə qurumlar arasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi xüsusilə seçilir:
Sahibkarlıq subyektlərində yoxlamalar qadağan olunsa da, AQTA-ya qida təhlükəsizliyi ilə bağlı monitorinqlər aparmaq, bir çox sahələrdə icazələr vermək və sair səlahiyyətlər həvalə olunub.
Bu gün Azərbaycanda qida məhsullarının istehsalı, idxalı və ixracı ilə məşğul olan bütün sahibkarlar AQTA-dan tam asılı vəziyyətdədirlər. Belə sahibkarlıq subyektləri arasında broyler fabrikləri də var. Ötən ilin payızında Rusiyada yumurta qiymətləri kəllə-çarxa çıxanda Rusiya hökuməti Azərbaycandan yumurta idxalına icazə verdi. Bir neçə iri quşçuluq müəssisəsi də ixraca başladı, üstəlik, prosesin yarım ildən çox davam edəcəyini nəzərə alıb yumurta istehsalının artımına sərmayə qoydular. Aldığımız məlumata görə, yumurta istehsalı artmağa başlayan kimi AQTA ixracın qarşısını alıb.
Bununla ürəyi soyumayan Qoşqar Təhməzli indi də sahibkarlara təzyiq üçün başqa səlahiyyətindən sui-istifadə edir. Belə ki, quşçuluq təsərrüfatlarında istifadə olunan yem qatqılarının hamısı xaricdən idxal olunur və bu prosesə AQTA icazə verməlidir. İndi AQTA idxalına icazə vermiş olduğu belə yem qatqılarının ölkəyə girişini əngəlləyir. Onlarla maşın yem əlavəsi artıq bir neçə həftədir giriş icazəsini gözləyir. AQTA həmin əlavələrin istehsalçılarından Azərbaycanda qeydiyyatdan keçmələrini tələb edir. Halbuki bundan əvvəl həmin əlavələrin idxalına icazə verib. Lakin indi icazəni nəzərə almadan, malların ölkəyə girişinin qarşısı alınır.
Maraqlıdır ki, Azərbaycanda qəbul edilmiş və 2023-cü ilin yanvarından qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” qanuna əsasən ölkəyə idxal olunan qida əlavələrinin istehsalçılarının Azərbaycanda qeydiyyatdan keçməsi tələbi var. Bu, sırf insanların istifadəsi üçün nəzərdə tutulan qida əlavələrinə qoyulan tələbdir. İndi AQTA qanunun tələbini heç bir hüquqi əsas olmadan heyvanlar və quşlar üçün gətirilən yem əlavələrinə də aid etməyə çalışır.
Onu da qeyd edək ki, quşçuluq sahəsi ərzaq təhlükəsizliyi baxımından mühüm rola malik sahədir. Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa diqqətində olan bu sahənin inkişafı üçün dövlət tərəfindən çoxsaylı dəstək mexanizmləri tətbiq olunur. Son illərdə Azərbaycanın yerli müəssisələri ölkəni tamamilə yumurta ilə təmin edəcək səviyyədə istehsal artımına nail olublar.
İndi isə Prezidentin dəstək verərək inkişafına nail olduğu bir sahə AQTA və onun rəhbərliyinin müəmmalı maraqlarının qurbanına çevrilir.(AFN)
Aftv.az
Təhlükədə olan QİDA TƏHLÜKƏSİZLİYİMİZ... - Təhməzli NƏ İSTƏYİR?
Cəmiyyət
10, iyl, 2024
11:23
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30