Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balaxanı OYL” – un səlahiyyətli nümayəndələri bayram günlərində də qanunsuz əməllərlə məşğuldurlar
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesində şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində xüsusi mülkiyyətdə olan obyektin yenidənqurması faktı aşkarlanıb.
Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işləri dayandırılıb və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müraciət edilib.
Əslində isə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin bu müstəvidə görəcəyi işlər çoxdur. Hətta o qədər çoxdur ki, nəzəri cəhətdən hətta idarənin əməkdaşlarının sayı yetərli olmaya bilər. Bu işin öhdəsindən gəlmək üçün medianın aşkarladığı faktlara diqqət yetirilməsi gərəkdir. Məsələ burasındadır ki, yerlərdə sözügedən İdarəyə tərəf müqabili kimi çıxış etməli olan digər dövlət orqanları və yerli özünüidarəetmə qurumları (bizim misalda dövlət mülkiyyətində olan torpaqların zəbt edilməsinin qarşısının alınmasına mükəlləf sayılan rayon icra hakimiyyətləri, onların yerlərdəki nümayəndələri, torpaq mülkiyyətçisi olan bələdiyyələr, neft çıxarılan ərazilərə nəzarət edən ARDNŞ və s.) nəyinsə qarşılığında neqativ hallara göz yumurlar.
Məsələn, Sabunçu Rayon İcra Hakimiyyətinin və “Balaxanı OYL” – un səlahiyyətli nümayəndələri bayram günlərində də qanunsuz əməllərlə məşğuldurlar. Onlar qanunsuz tikililərə qarşı mübarizə adı altında hətta bayram günlərində də reydlər edib neqativ halları aşkarlayırlar. Ancaq bu aşkarlama qanunsuzluğun qarşısının alınması ilə müşayiət olunmur. Belə ki, qəsəbədəki “Bolmart” ticarət mərkəzinin arxasındakı icazəsiz “yenidənqurma” davam etməkdədir.
Dəryaz qəzetinə məlumat verən mənbə onudabildiir ki, həmin ünvanda qanunsuz “yenidənqurma” işini Sabunçu RİH-nin Maştağa qəsəbəsi üzrə nümayəndəliyinin sədri Fərid Məmmədəliyev həyata keçirir. Biz onunla telefon əlaqəsi saxlayıb məsələyə münasibət bildirməsini istədik. İlk əvvəl, obyektin ona aidiyyəti olduğunu inkar etsə də, sonradan obyektin onun şəxsi əmlakı olduğunu etiraf etdi, gördürdüyü işlərin də qanuni sənədlər əsasında həyata keçirdiyini bildirdi. Təbii ki, bizə icazə sənədi göstərməyə özünü borclu bilmədi. Söhbət o Fərid Məmmədəliyevdən gedir ki, xeyli müddət Bakı ŞİH-nin Sabunçu rayonunda qanunsuz tikinti işlərinə nəzarət üzrə kuratoru işləyib və əslən Qubadlı rayonundan olan həmyerlisi Sabunçu RİH-nin başçısı Adil Vəliyevin özbaşına tikilələrdən “şirinlik” toplamaq üzrə “sağ əli” funksiyasını yerinə yetirib. O Fərid Məmmədəliyev ki, əmisi-qaynatası nəhəng bir istehsal müəssisəsinin direktoru kimi böyük nüfuza malikdir, ARDNŞ ərazisində böyük ticarət mərkəzləri, Zabratdan üzü Pirşağıya gedən yolun sağ tərəfində böyük daş bazarı vardır. Beləliklə, keçmiş “xidmətlərinə” görə Adil Vəliyev tərəfindən mükafatlandırılaraq qəsəbə icra nümaəndəsi vəzifəsinə təyin olunan Fərid Məmmədəliyev vaxtilə vəzifə kimi icra etdiyi “qanunsuz tikilələrə qarşı mübarizə” işinə o qədər aludə olub, o işdə o qədər xeyir görüb ki, indi özü qanunsuz işlərlə məşğuldur.
Qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırıq..
Mövzunu iqqətdə sxlayacağıq.
(Deryaz.az)
Aftv.az
SABUNÇUDA OLIQARX ICRA NÜMAYƏNDƏSI KIMDIR?
Cəmiyyət
9, iyl, 2024
11:02
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00