İyulun 4-də Fövqəladə Hallar Nazirliyində bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29-a hazırlıq çərçivəsində aidiyyəti təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədilə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə müşavirə keçirilib.
Oxu.Az nazirliyə istinadən xəbər verir ki, müşavirədə nazir müavinləri, FHN-in müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən nazir Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsi barədə qəbul edilmiş qərarın Azərbaycanın növbəti tarixi uğuru olduğunu vurğulayıb. Nazir qeyd edib ki, dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri hesab olunan COP29-un Azərbaycanda keçirilməsi cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daim artan beynəlxalq nüfuzundan, qüdrətindən xəbər verir. O, ölkəmizdə təşkil olunmuş digər beynəlxalq səviyyəli tədbirlər kimi bu mötəbər tədbirin də uğurla keçiriləcəyinə əminliyini ifadə edib.
Sonra nazir COP29-la bağlı ölkəmizə gələcək çoxsaylı qonaqların, tədbir keçiriləcək, eləcə də qonaqların yerləşəcəyi məkanların və ətraf ərazilərin aidiyyəti təhlükəsizlik məsələlərinin yüksək səviyyədə həll edilməsinin zəruriliyini bildirib. Bu məqsədlə FHN-də yaradılmış və nazirliyin peşəkar əməkdaşlarından ibarət Qərargahın fəaliyyətini qeyd edib, qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra COP29-a hazırlıqla bağlı aidiyyəti təhlükəsizlik məsələlərinin həllinə dair qərargah üzvlərinin görülmüş işlərlə əlaqədar məruzələri dinlənilib, geniş müzakirə aparılıb.
Müşavirəyə yekun vuran nazir Kəmaləddən Heydərov ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi üçün tapşırıqlarını verib.
Aftv.az
General-polkovnik FHN-də COP29-a hazırlıqla bağlı müşavirə keçirdi: Tapşırıqlar verdi
Cəmiyyət
4, iyl, 2024
19:57
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00