Bakunews.az-a daxil olan məlumata görə, “Lütfi Zadə adına məntiq Olimpiadası” şəffav deyil. Qeyd edək ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunda yeni direktor müavininin təyinatı olub. Belə ki, Elm və Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev ARTİ-nin yeni direktor müavini təyin olunub.
Fuad Qarayev bakalavr təhsilini Bakı Dövlət Universitetində, magistratura təhsilini isə Sumqayıt Dövlət Universitetində alıb. 17 il müxtəlif özəl və dövlət ümumtəhsil müəssisələrində və ali məktəblərdə riyaziyyat fənnini tədris edib. Uzun müddət beynəlxalq fənn olimpiadalarında riyaziyyat fənni üzrə komanda rəhbəri olub.
Fuad Qarayev 2014-2017-ci illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi, 2017-2020-ci illərdə Təhsil İnstitutunda şöbə müdiri, 2022-2023-cü illərdə isə Elm və Təhsil Nazirliyində sektor müdiri vəzifələrində çalışıb. O, 3 kitabın və 6 elmi məqalənin müəllifidir.
Fuad Qarayev Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2022-ci il tarixli Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adı ilə təltif edilib.
Bütün bura qədər olan məlumatlara əhsən deyək. Qayıdaq əsas mözumuza. Elsəvər Vəliyev kimdir və qeyd edilən Təhsil İnstitutunda hansı fəaliyyətlə məşğuldur? Onun ümumiyyətlə fəaliyyəti Fuad Qarayevə məlumdurmu?
Qeyd edilən şəxs Elsəvər Vəliyevlə bağlı səsləndirilən iddialar heçdə bəsit və üstündən keçəsi mövzu deyil. Beləki məlumatlarda E.Vəliyevin fəaliyyət göstərdiyi İnstitutunda tərtib edilən bütün suallara əlinin çatması bir reallıqdır. Burda sual yaranır bu suallara əlinin çatması nəyi necə dəyişir? Bəli suallara əlinin çatması sualların dəyişməsinə gücünün yetdiyi anlamını vermir. Amma Elsəvər Vəliyevin “Lütfi Zadə adına məntiq Olimpiadası” komissiya üzvü olması bir çox məsələyə aydınlıq gətirilməsinədə şərait yaratmış olur. Keçiriləcək “Lütfi Zadə adına məntiq Olimpiadası” zamanı iştirakçılara veriləcək sualların komisya üzvü tərəfindən bilinməsi və həmin kamisya üzvünün repititorluq etdiyi şagirdlərin məhs iştirakı zamanı nəticə məncə hər kəsə artıq bəli olur. Lakin şəxsin özəl dərs dediyi şagirdləri əgər “Lütfi Zadə adına məntiq Olimpiadası”nın qızıl və ya gümüş medallarına sahib olursa buna heçdə dırnaq arası baxıla bilməz. Axı “Lütfi Zadə adına məntiq Olimpiadası” zamanı veriləcək sualların nədən ibarət olduğun bildikdə tələbə məhs elə o sullar üzəridən mütamadi cavabları təkrarlamaqla asan şəkildə yarışın qalibi ola bilir. Ən maraqlısı isə Elsəvər Vəliyevin Fətullah Gülən tərəfindən Azərbaycanda yaradılmış təhsil ocağını bitirməsi və Gülənçi olduğu iddialarıda məlumatlarda yer almaqdadır. Nurçu və ya Gülənçi kimi ifadə edilən bu qruplaşma üzvləri nədənsə sırf təhsil sektorunda daha tutarlı mövqeylərdə vəzifə sahiblərinə çevriliblər. Bu gün Fuaq Qarayevində gülənçi olması iddiaları mövcudur. Lakin iddiaların araşdırılması yuxarı instansiyaların səlahiyyətində olsada bir müddətdir məsələ ilə bağlı sükunətində hökm sürməsi cəmiyyətin diqqətindən yayınmayıb. Qısa müddət ərzində din altında radikal mövqe sərgiləyən şəxslərin “Lütfi Zadə adına məntiq Olimpiadası”nda övladlarının yer tutması qızıl, gümüş medal qazanmalarıda “görünən dağa bələdçi lazım deyil” atalar sözünü xatırlamağımıza rəvac verir. Dərindən məsələyə yanaşdıqda Fuad Qarayev həqiqətdə bu şəbəkənin parçası deyilsə Nazirin etimadını niyə doğrultmur?
Elsəvər müəllimin repitetoru olduğu tələbələr necə olur heç zaman kəsilmir. Yəni bu uşaqların hər biri ən azı gümüş medal sahibidir. Bu isə gələcəkdə vəzifələrə yiyələnəcək şəxslərin “Lütfi Zadə adına məntiq Olimpiadası”nın qalibi olmuş deyə şəxsi məlumatlarında mütləq qeydlər olacağını deməyə əsas verir. Axı bu gün verilən təyinatların bir çoxuna nəzər salsaq illərdir F.Gülən siyasətinə dəstək vermiş bir çoxlarının şəxsi məlumatlarında təhsil haqqında keçirilən böyük yarışmaların birincisi və ya qızıl medal sahibi olaraq qeydlərə rast gəlinir. E.Vəliyevin “Lütfi Zadə adına məntiq Olimpiadası” yarışmasında kamisiya üzvü olması və onun bundan əldə etdiyi külli miqdarda gəlir hesabına aldığı 300 min manat dəyərində villaya sahib olduğu iddiasıda şok məlumatlar içərisində yer almaqdadır. Məsləni ha dedik üstündən yüngül qeydlərlə keçək. Lakin məsələnin ciddi araşdırılmaya ehtiyac olduğu göz qabağındadır. Kimdən nəyi necə gizlədə biləcəklər görən?
Məsələnin vacibliyin nəzərə alaraq araşdırmalarımızı davam etdiririk. Bizi izləməyi unutmayın. Məqalədə dərc edilən iddiallarla bağlı adları keçən şəxslərin mövqeyn dinləməyə hazırıq.
(BakuNews.az)
Aftv.az
Fuad Qarayev hara baxırsız? – “Lütfi Zadə adına məntiq Olimpiadası” bir oyundur...
Cəmiyyət / Araşdırma
19, iyn, 2024
12:31
Son xəbərlər
Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır
2, noy, 2025
21:03
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02