“Cərimələrlə bağlı məsələni parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə müzakirə etdik. Mən də çıxış etdim. Şübhəsiz ki, velosiped yollarının çəkilməsi ekoloji və mədəni cəhətdən bizə üstünlüklər verir. Bunun əleyhinə deyiləm. Arzu edirəm ki, insanlar daha çox bundan istifadə etsinlər. Ciddi narazılıqlarımı da bildirdim. Birincisi, görürük ki, üç yol xətti var. İkisi maşınlar üçündür, birini isə velosiped yolu ediblər. Velosiped sürən isə yoxdur, yol bomboş qalıb, amma güclü tıxac yaranır, maşınlar keçə bilmir. Tutaq ki, taksidən düşmək istəyirsən, maşın velosiped yoluna yan alsa, dərhal cərimə olunacaq. Bəs necə olsun? Üçüncüsü, səkilərdə deyil, avtomobil yollarında velosiped xətləri çəkilir. Dördüncüsü, velosiped yolu ilə maşın yolu arasında bəzən baryerlər qoyulur. Və nəhayət, cərimələr. Parklama yerləri isə çox bahadır, insanlar maşını park edə bilmirlər. Avtobus, velosiped yoluna girənləri də 100 manat cərimə edirlər. Bu cərimələr milləti boğaza yığıb. Başım çıxmır, büdcəni cərimə ilə doldurmalıyıq? Bu nə deməkdir? Camaatın o qədər əməkhaqqı yoxdur”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.
“Dəfələrlə demişəm. Bizdə cərimələr Avropa səviyyəsindədir. Amma Avropada əməkhaqqı, pensiya bizdən on dəfə yüksəkdir. Cərimələr orta aylıq əməkhaqqının yüzdə biridirsə, sən də orta aylıq əməkhaqqını yüzdə biri et. Daha yüzdə on niyə edirsən? Bu məsələlər məni çox narahat edir. Bəzi yerlərdə, ümumiyyətlə, maşın saxlamağa yer ayırmayıblar. Məsələn, köhnə "Lenin" muzeyinin ətrafında maşın saxlamaq olmaz. Arxasında kub şəklində binadır, 600 metr də ətrafı var. Bir kilometrlik ərazidə camaat maşını harada saxlasın? Saxlayan kimi AYNA dərhal cərimə yazır. Ya yer müəyyən et, yerin yoxdursa... Cərimə, cərimə, cərimə, nə qədər olar? Narazıyam. “Ay aman, bizi mədəni görsünlər, şəhərimiz qəşəng görünsün” deyə saxta yollar düzəldilir. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin birinci müavininə hörmət edirəm. İzah etdi, biz yol çəkməliyik ki, camaat da velosiped alsın. Bu da düzdür. Axı əsas camaatın rahatlığıdır. Nə edək, nə vaxta kimi gözləyək? Tıxaclar insanları narahat edir. Hər sahəyə cərimə tətbiq edilməsi xoşagəlməzdir. Bilmirəm, bu nə yoldur, tutublar”, - deputat bildirib.
Aftv.az
"Millət boğaza yığılıb, Azərbaycanda cərimələr Avropa səviyyəsindədir, amma Avropada əməkhaqqı, pensiya bizdən on dəfə yüksəkdir..."
Cəmiyyət
13, iyn, 2024
21:12
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00