Həmkarlar İttifaqı Komitəsinin əsas vəzifəsi rəhbərlik qarşısında üzvlərin hüquqlarını qorumaq, rəhbərliyin kollektiv əmək müqaviləsinin və ölkənin əmək qanunlarının şərtlərinə riayət etməsinə nəzarət etmək, əməkdaşlarının əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin etməkdir.
Lakin Əyalətmedia.az saytının redaksiyasına verilən məlumata görə, Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının (ATİAHİ) Gəncə şəhər Komitəsinin sədri Bayram Hacıyev müəllimlərdən çox məktəb rəhbərlərinə özünü yaxın hiss edir, sosial, iqtisadi məsələlər barədə qanunvericiliyə əməl olunmasını və aşkara çıxarılmış pozuntuların aradan qaldırılmasını tələb etməyə cürət eləmir. Məlumatda bildirilir ki, təhsil müəssisələri rəhbərləri öz işçiləri ilə müqavilələrin müddəalarını yerinə yetirməsə də, Bayramın səsini çıxarmağa hünəri çatmır, çünki "gözükölgəlidir", həmişə istismar olunanların deyil, istismar edənlərin tərəfində olub: “Bayram Hacıyev həmkarlar təşkilatının xətti ilə maddi yardımı çox vaxt layiq olan, əsl ehtiyac duyan təhsil işçilərinə deyil, məhz özü istədiyi, ona “xüsusi minnətdarlıq etməyi bacaran” şəxslərə yazır. Belə qərarları sədr həmişə təkbaşına verir və nəyə əsaslandığı barədə hesabat verməyə özünü borclu saymır. HİK əməkdaşların ailələrində baş verən bədbəxt hadisələrlə əlaqədar operativ reaksiya göstərməyə gecikir. Son dövrlər ərzində ailələrində gözlənilməz hadisələr baş vermiş əməkdaşa maddi və mənəvi yardım “50x50” şərtiylə verilib, səhhətində problem olan təhsil işçilərinə lazımi diqqət göstərilməyib”.Qeyd olunur ki, ilk təşkilat ideoloji təbliğatla bağlı tədbirlər keçirməyi ümumiyyətlə unudub, təşkil etdiyi bütün tədbirlər sədrin özünün maddi maraq güddüyü məsələlərlə bağlı olub: “Komitə Məclisi, Rəyasət Heyəti, komitənin nəzdindəki komissiyalar formal olaraq mövcuddur, bütün qərarları Bayram Hacıyev təkbaşına verir. Hesabat seçki konfransları da yalnız kağız üzərində keçirilir, nəticəsi də Bayram müəllimin xeyirinə olur. Təşkilatda külli-ixtiyar Bayram bəyin əlində olduğu üçün HİK-in müvafiq vəzifə daşıyıcılarının seçiulməsi də formal xarakter daşıyıb. Təftiş komissiyası da kağız üzərində mövcud olduğundan, təhsil müəssisələrində işlərin gedişinə nəzarət, müəllimlərin təkliflərinə, ərizə və şikayətlərinə baxılması işinin və HİK-nin büdcəsinin düzgün icrası, maliyyə, təsərrüfat fəaliyyətinin yoxlanılması yaddan çıxıb”.Məlumatda birmənalı olaraq vurğulanır ki, Gəncə şəhər TİAHİ müəllimlərin sosial, hüquqi, mənəvi mənafelərinin müdafiəsini həyata keçirmək vəzifəsinin öhdəsindən gələ bilmir: “Əməkdaşların istirahətinin təmin olunması müstəvisində daim ayrı-seçkiliyə yol verilib. Təşkilat üzvlərinin istirahətlərinin təşkili, təhsil işçiləri üçün sanatoriyalara güzəştli yollayışların (“putyovka”) verilməsi məsələsi həmişə problemli, mübahisə doğuran məsələ olub. Heç kəsə sirr deyil ki, Bayram Hacıyev “putyovkaları” onların ümumi qiymətinin 15 faizinə deyil, iki dəfə artıq qiymətə satıb. Nəticədə bəzi imkanlı şəxslər hər il bu fürsətdən yararlandıqları halda, Bayram Hacıyev “bığının altından keçə bilməyən” çoxları illərlə istirahət hüququndan istifadə edə bilməyiblər. Ümumiyyətlə, təşkilatın fəaliyyət çevrəsinə aid olan bütün humanist addımlar rüşvət qarşılığında həyata keçirilir”.Onu da qeyd edək ki Bayram Hacıyev əvvəllər məktəb direktoru olub.O,Gəncə şəhər TİAHİ-nın sədri təyin olunduqdan sonra yerinə öz həyat yoldaşını təyin etdirib.Bütün bu məsələlərə aydınlıq gətirmək üçün Batyram Hacıyevlə əlaqə saxlamağa cəhd etdik.Dövlət tərəfindən müəyyən edilmiş telefonlara günlərlə zəng etsək də dəstəyi qaldıran olmadı.Sual olunur:Əgər dövlət tərəfindən təyin edilmiş bu telefon nömrələrinə cavab verən yoxdursa, nə üçün hər ay bu nömrələr üçün pul köçrülməlidir?
Bayram Hacıyevin isə şəxsi mobil telefonunu idarədən bilən olmadı.İdarədən əməkdaşımıza bildirdilər ki, O mobil nömrəsini hər həftə dəyişir...
Bayram Hacıyev görəsən kimdən gizdənir?
Davamı var...
Nyus.Az
Aftv.az
Bayram Hacıyev görəsən, kimdən gizlənir? - İTTİHAM VAR...
Cəmiyyət
12, iyn, 2024
18:39
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00