Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb.
Hacı Qalib Salahzadə Qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verib və baş verənləri təsdiqləyib.
O bildirib ki, həmin bağ sahəsini təxminən 20 il əvvəl Nardaran sakinindən 500 min manat ödəməklə alıb:
"Həmin adamlar bu gün də yaşayırlar. Mənə əvvəlcə o yeri satmaq istəmirdilər. Nardaran ağsaqqalları gəlib dedilər ki, həmin yer bizim ata-baba ərazimizdir və biz yeri satmırıq. Mən özüm də Bilgəhdə doğulduğum üçün onlarla razılığa gələ bildim. Halallıq alaraq, həmin ərazini sənədləşdirib, üzərində mülk tikdirmişəm. O adamların ad-soyadını da deyə bilərəm. İndi isə icra başçısı Adil Vəliyev gəlib 30 adamın içində məni təhqir edir, deyir ki, torpağı oğurlamışam-filan".
Hacı Qalib Salahzadə hazırda Bilgəhdəki bağ evi ətrafında baş verən hadisələrdə birbaşa günahkar kimi icra başçısı Adil Vəliyevi görür:
"Mən yaşıma, tutduğum mövqeyə görə hadisələrin cəmiyyət tərəfindən xəbərdar olmasını istəmirdim. Amma Adil Vəliyev artıq məni buna məcbur etdi. İcra başçısına sual verdim ki, "ərazidə bu qədər evin olmasına baxmayaraq, mənim qapımı niyə hörürsən". Sualıma cavab olaraq 30 adamın içində məni hədələdi. Dedi ki, "sənin üzərindən maşınla keçərəm". Gör Adil Vəliyev bunu kimə deyir - Hacı Qalib Salahzadəyə? Tanışlarımı bu söz-söhbətə görə geri çəkdim ki, problem çıxmasın. Onlara dedim ki, "çəkilin qırağa, mən özüm Adil Vəliyevlə danışacam. İcra başçısına sual verdim ki, sənə kim səlahiyyət verib gəlib mənim qapımı tikəsən?" Cavabında yüksək vəzifəli şəxslərin adlarını çəkdi, dedi ki, "bura məni onlar göndərib". Bu adları onlarla adamın ortasında dedi, hamı da eşitdi. Adil Vəliyev məni təxribata çəkmək istəyir. Mənim bağımın yanında onlarla ev var. Amma bircə məni fağır bilib, qapımı, hasarımı sökdürüb".
Hacı Qalib Salahzadə uzun müddətdir ki, həmin bağın satılması üçün xeyli şəxs tərəfindən çoxlu təkliflər edildiyini də bildirib:
"Ad çəkmək istəmirəm. Külli miqdarda vəsait təklif edildi ki, həmin bağı onlara satım. Amma mən təklif olunan heç bir məbləğə bağımı satmaq fikrində olmadığımı dedim. Bu gün Nardaranda, Bilgəhdə mənim bağım və evlərim mövcuddur. Həmçinin övladlarım və nəvələrim var. Onların da burada yaşamaq haqqı var. Mən bakılıyam və bu ərazi də mənim yaşam yerimdir".
Hacı Qalib Salahzadə bağ evi ətrafında baş verənləri Bilgəh qəsəbəsində bulvar salınması ilə bağlı olması fikrini də "nağıl" adlandırıb:
"Bu söhbətlər nağıldır. Bura yaşayış yeri olub və heç bir Bulvar ərazisi üçün və yaxud qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulmayıb. Həmin ərazini öz pulumla alıb, özümə məskən salmışam. Adil Vəliyevdə bunu bilir. Tək mənim torpağımla nə bulvar salınacaq? Dörd tərəfimdə qonşular var".
Qeyd edək ki, Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb. Keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib. İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirlib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb.
Məsələ ilə əlaqədar ötən gün Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmamışdı. Bu gün yenidən İcra Hakimiyyətinin saytında qeyd olunan nömrələrə zəng etdik, amma yenə də cavab verən olmadı.
Qeyd edək ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var.
Aftv.az
"Adil Vəliyev məni təhqir edir, yüksək vəzifəli şəxslərin adını çəkir" - Hacı Qalib Salahzadə
Cəmiyyət
23, may, 2024
21:31
Son xəbərlər
Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır
2, noy, 2025
21:03
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02