Bu yaxınlarda ölkənin sement sənayesinin aparıcı şirkətləri "Norm" ASC, "Holcim Azərbaycan" ASC, "Arkoz Sement" və "Reges Sement" bir araya gələrək Azərbaycan Sement İstehsalçıları Assosiasiyasını (ASİA) təsis ediblər.
6-7 may tarixlərində assosiasiyanın "Xalis Sıfır Sürətləndirici" (Net Zero Accelerator) təşəbbüsü ilə bağlı ilk tədbiri baş tutub. İkigünlük tədbir seminarlar şəklində təşkil olunub və CO2 emissiyalarının azaldılmasının bütün dəyər zənciri boyunca aparılması, eləcə də bu sahədə qanunvericilik və tənzimləmələrin müzakirəsi üçün ayrı-ayrı sessiyalara beton istehsalçıları, inşaat şirkətləri, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarından nümayəndələr dəvət olunublar. Tədbir boyunca geniş müzakirələr aparılıb, sual-cavab sessiyaları təşkil olunub və təkliflər nəzərdən keçirilib.
Tədbirin ilk günündə assosiasiya üzvləri ilə Avropanın nüfuzlu sement tədqiqatı üzrə qurumu olan ECRA (European Cement Research Academy) arasında Anlaşma Memorandumu imzalanıb.
Əməkdaşlıq çərçivəsində Azərbaycan sement sənayesi üçün "Xalis Sıfır Yol Xəritəsi"nin hazırlanması, iqlim dəyişmələrinin təsirinin azaldılması (mitiqasiya), həmçinin dayanıqlı inkişaf və emissiyaların azaldılması strategiyaları ilə bağlı biliklərin, mövcud resursların və ən yaxşı təcrübələrin mübadiləsi nəzərdə tutulur. Yol xəritəsinin hazırlanması, hədəflərin təyin olunması və strategiyaların müəyyən edilməsi üçün yerli sənayenin mütəxəssisləri iqlim dəyişikliyi üzrə beynəlxalq ekspertlərlə və müvafiq dövlət qurumları ilə birlikdə işləyəcəklər. Bu yolda dövlət siyasəti rəhbər tutulmaqla, Avropa Sement Tədqiqatı Akademiyasının və Qlobal Sement və Beton Assosiasiyasının elmi-praktiki təcrübələrindən istifadə olunacaq.
Təşəbbüs çərçivəsində şirkətlər sement və beton sektorunda CO2 emissiyalarının azaldılmasına imkan verən irəli texnologiyaları tətbiq edəcək, eləcə də sənayenin karbonsuzlaşdırılması cəhdlərinin həyata keçirilməsi üçün lazımi dəstəyin təmin olunmasına çalışacaqlar.
"Xalis Sıfır Sürətləndirici" təşəbbüsü Azərbaycanın sement sənayesi iştirakçılarının dayanıqlı inkişafa sadiqliyini və onların ekoloji cəhətdən məsuliyyətli təcrübələrin sınaqdan keçirilməsinə verdiyi yüksək əhəmiyyəti nümayiş etdirir. Qlobal Sement və Beton Assosiasiyasının rəhbərlik etdiyi təşəbbüsə qoşulmaqla, ASİA üzvləri Azərbaycanın qlobal iqlim öhdəliklərinin yerinə yetirilməsinə töhfə vermiş olacaqlar.
Qeyd edək ki, ölkənin aparıcı sement şirkətləri bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-u da əlverişli fürsət kimi dəyərləndirirlər və davamlı əməkdaşlıq etməklə, mühüm ekoloji hədəflər üzrə strateji planlaşdırmaları həyata keçirmək niyyətindədirlər.
Aftv.az
ASİA COP29-a hazırlıq çərçivəsində "Xalis Sıfır Sürətləndirici" təşəbbüsünü həyata keçirir
Cəmiyyət
20, may, 2024
15:09
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00