İsti yay günləri yaxınlaşdıqca sərinləmək üçün dodurmadan istifadə edənlər çoxalır. Amma bizi sərinlədən dondurmalar sağlamlığımız üçün təhlükəsiz də deyil. Müşahidələr göstərir ki, satışa kifayət qədər saxta, keyfiyyətsiz dondurmalar çıxarılır.
Qida Təhlükəsizlik Agentliyindən (AQTA) hər dəfə tövsiyə edir ki, dondurmaları digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz, dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır.
Məhsulun istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Küçə və parklarda açıq şəraitdə qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanma şəraitinə xüsusi diqqət etmək lazımdır. Çünki antisanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı insanlarda qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə yol aça bilər. Donduram tam olmalıdır. Əgər tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə belə, istehlakı tövsiyə edilmir.
Bu günlərdə «Dəryaz» qəzetinin redaksiyasına müraciət etmiş bir istehlakçı Sabunçu rayonu, şəhər şosesində fəaliyyət göstərən «Ağ market»dən aldığı “Eskimo” dondurmasını yeyəndən sonra allergik reaksiya verdiyini, başının və bədəninin bəzi nahiyələrinin səpdiyini bildirnmişdir. Vətəndaşın redaksiyaya təqdim etdiyi satış qəbzində və dondurma qabının üstündəki məlumatlardan bəlli olur ki, 04.04.2023-cü il tarixdə istehsal olunan, saxlama müddəti 04.01.2024-cü il tarixədək olan dondurma istehlakçıya 15.05.2024-cü il tarixdə satılıb.

Məsələ ilə əlaqədar istehsalçı firmanın ünvan göstəricilərində əks olunan telefon nömrəsinə zəng vurduq. Firmanın dəstəyi qaldıran xanım əməkdaşı bizə vatsap əlaqəsi üçün mobil telefon nömrəsi verdi və şəkilləri göndərməyimizi xahiş etdi. Dediyi kimi etdik. Baxandan sonra cavab verdi ki, bəs vaxtı keçmiş dondurmanın müştəriyə satılmasına firma deyil, market cavabdehdir, saxlama müddəti bitmiş dondurmaları vaxtında geri qaytarmalıdırlar.
Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Abşeron – Xızı regional bölməsi ilə əlaqə saxladıq. Bölmənin Fəhmin adlı əməkdaşı bildirdi ki, zərərçəkmiş istehlakçı AQTA-ya rəsmi şikayət edəndən sonra qurum lazımi tədbirləri həyata keçirəcək.
Vətəndaş da rəsmi qaydada AQTA ya müraciət edib
Mövzuya qayıdacağıq.
(Deryaz.az)
Aftv.az
YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA
Cəmiyyət
17, may, 2024
14:15
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00