Bakı Metropolitenində bank kartları ilə ödəniş etmək mümkün olacaq.
Bu barədə Bakı Metropoliteninin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, Bakı Metropolitenində gedişhaqqının çeşidli üsullarla ödənilməsi istiqamətində davamlı olaraq tədbirlər aparılır:
“Bakı Metropolitenində “QR bilet” və “M10″ tətbiqi üzərindən ödənişlərin həyata keçirilməsi təşkil edilib. Gedişhaqqının bank kartları vasitəsi ilə ödənilməsi üçün isə tədbirlər görülür. Hətta qeyd edim ki, hazırda texniki dizayn məsələlərinin sonuncu mərhələsi yekunlaşmaq üzrədir. Bakı Metropolitenində bununla bağlı bir sıra sınaqlar təşkil edilib və bu sınaqlar uğurla başa çatıb. İşlər mərhələli şəkildə həyata keçiriləcək”.
Bəxtiyar Məmmədovun sözlərinə görə, yeni ödəniş üsulunda əsas diqqət sərnişinlərin təhlükəsizliyinə yönəlib:
“Yeni ödəniş üsulunda prosedur qaydaları, müvafiq qanunvericilik və müvafiq normativlər təhlil edilərək son yoxlama işləri həyata keçirilir. Bakı Metropoliteni sərnişinlərin kütləvi şəkildə istifadə etdiyi nəqliyyat vasitəsi olduğuna görə, bu məsələlərə xüsusi həssaslıqla yanaşılır. Nəzərinizə çatdırım ki, bank kartlarından sonra NFC sistemlərinin də tətbiq olunması gözlənilir. Sərnişinlərin Bakı Metropolitenindən rahat istifadə etməsi üçün bütün mümkün şərtlər və qaydalara əməl etməyə çalışacağıq”.
Qeyd edək ki, Bəxtiyar Məmmədov bank kartlarına keçidin nə zaman baş verəcəyi ilə bağlı dəqiq vaxt bildirməsə də, çox qısa müddətdə olacağını bildirdi.
Aftv.az
Metroda artıq bank kartları ilə ödəniş edəcəyik – AÇIQLAMA
Cəmiyyət
15, may, 2024
11:20
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00