Artıq uzun illərdir ki, sabiq deputat Mahir Aslanovun biznes fəaliyyəti hər kəsə məlumdur.Əsas biznes fəaliyyəti olaraq Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən “Happy inn” oteli, “Kəpəz Hospital” və “Kəpəz Group” sabiq deputat Mahir Aslanova məxsusdur. Hotelin adından görünən odur ki, sabiq deputat xalqın əvəzinə çox xoşbəxtdir. Mandat, hotellər, istirahət mərkəzləri, sərhəd tanımayan biznes, deklarasiyasız sərvət…
Mahir Abbasov “Happy İnn” hoteli vasitəsilə il ərzində külli miqdarda gəlir götürür. Xüsusən ölkəmizə gələn idmançılar, futbol klubları məhz bu oteldə yerləşdirilir.
“Kəpəz Group” vasitəsilə isə millət vəkili tikintidən tutmuş mebel sahəsinə qədər bir çox sahələr üzrə biznes fəaliyyəti göstərir. Bu şirkət tikinti, mebel, restoran, mehmanxana biznesi, həmçinin təmir-dizayn sahələri üzrə ixtisaslaşıb. Şirkət Almaniya, Türkiyə, BƏƏ, Rusiya, Rumıniya ilə güclü əlaqələr qurub.Bundan başqa, sabiq deputatın səsi Avropadan, daha dəqiq desək, Rumıniyadan gəlir. Buxarestdə 17 ildən çoxdur fəaliyyət göstərən “NİCO KAPAZ SRL” şirkətinin sahibidir.
Hə, birdə Mahir Aslanovun camaatın başına oyun açan “Kəpəz” MTK-sı var.
“Kəpəz” MTK-nın vətəndaşların başına açdığı oyunla bağlı vətəndaş Heydərov Hüseynağa Vəliağa oğlu videomüraciət ünvanlayıb.
O, bildirib ki, sabiq deputata məxsus binadan aldığı mənzillərə görə maddi zərərlə üzləşib. Belə ki, vətəndaşın aldığı evlər eyni vaxtda başqa şəxsə də satılıb:
“Xırdalan şəhəri, Heydər Əliyev prospekti 596-cı binadan 3 mənzil almışam. Hətta mənzillərdən birinə çıxarış da almışam. Daha sonra məlum oldu ki, mənzillər başqa şəxslərə də satılıb. Binanı tikən “Kəpəz” MTK şirkətidir. Sahibi isə sabiq millət vəkili Mahir Aslanovdur. Artıq 4 ildir ki, məhkəmələrdə qalmışıq. Həmçinin hüquq-mühafizə orqanlarına müraciətimiz də nəticəsiz qalıb. Bizə dəyən ziyan geri qaytarılmır. Əksinə “Kəpəz” MTK Abşeron rayon məhkəməsində iddia qaldıraraq mənzillərin çıxarışlarının ləğv olunması haqqında qərar çıxarıb. Bundan sonra Sumqayıt şəhəri Appelyasiya Məhkəməsinə müraciət etdik. Məhkəmə həmin qərarı qüvvədə saxladı. Belə çıxır ki, mənzillər əlimizdən alınıb”.
Şikayətçinin sözlərinə görə, bu problemlə üzləşən yalnız onun ailəsi deyil. Ümumilikdə 8 mənzilin müqavilələri ləğv olunub:
“Maraqlıdır ki, Abşeron rayonu Məhkəməsinin qərarına görə, 8 mənzildən yalnız 2-si qanuni satılıb. Digər 6 mənzilin satışı isə qanunsuzdur. Baxmayaraq ki, mənzillərin hamısını eyni şəxs tərəfindən eyni qaydada və tarixdə satılıb. Necə ola bilər ki, məhz iki mənzilin satışı qanuni sayılır?! Yəni Mahir Aslanovun dediyi kimi, ona heç kimin gücü çatmır. Hüquq-mühafizə orqanları qanun çərçivəsində hər hansısa qərar çıxarmır. Çıxarılan qərarlar isə Mahir Aslanovun xeyrinə olur. Azərbaycanda müraciət etmədiyimiz qurum qalmayıb, amma problemimiz həll olunmur. Xahiş edirəm ki, müvafiq qurumlar bizə kömək etsinlər”.
Vətəndaş iddia edir ki, “Kəpəz Group” adına olan hər şey sabiq deputata məxsusdur. Bura İnqilab küçəsində yerləşən “Kəpəz Mebel Evi”,”Kəpəz Hospital”, “Kəpəz” otel və Naftalan şəhərindəki “Kəpəz” sanatoriyaları daxildir. Bundan başqa, Mahir Aslanovun dünyanın 5 ölkəsində biznesi var. Məlumata görə, sabiq millət vəkili Mahir Aslanov Azərbaycan Respublikası Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovla şərikdir.
(Yenigundem.Az)
Aftv.az
"Kəpəz" MTK-dan şikayət: "Sabiq deputat deyir ki, ona heç kimin gücü çatmır"
Cəmiyyət
13, may, 2024
13:51
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00