Tovuzda evlənmək məqsədilə qaçırılan məktəbli ailəsinə təhvil verilib

Cəmiyyət
11, may, 2024 12:23

Xəbər verdiyimiz kimi Tovuzda 26 yaşlı oğlan özündən 10 yaş kiçik məktəblini qaçırmışdı.

Hadisə ötən gün rayonun Vahidli kəndində baş vermişdi.

Yeniyetmənin ailəsinin polisə şikayətindən və məsələnin mediada ictimailəşməsindən sonra 16 yaşlı qız ailəsinə təhvil verilib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı jurnalst Aygün Muradxanlı özünün sosial hesabında yayıb. O, problemin həll olunduğunu və məsələnin ictimailəşməsində dəstək olan hər kəsə təşəkkürünü bildirib.
Aftv.az

Son xəbərlər