Bakıda "My Music" otelində 4 nəfərdən ikisinin ölümü, ikisinin ağır vəziyyətdə toksikologiya şöbəsinə çatdırılması hamını diksindirdi ki, ölkənin qida təhlükəsizliyi nəinki acınacaqlı, artıq ölümcül vəziyyətdədir.
Anaxeber.info bildirir bu, əhali üçün bir həyəcan təbili oldu və istehlakçılar daha diqqətli olmağa çalışacaqlar. Çünki güvəndiyimiz Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin heç də etibar edilməli qurum olmadığı bu faciəvi hadisədən öz təsdiqini tapdı. Həmin gənclərdən ikisinin toksikologiya şöbəsinə çatdırılmasından görünürdü ki, onlar zəhərləniblər. Əlbəttə, qurumlar bir-birinin üstünə atmağa, məsuliyyətdən yayınmağa çalışır, lakin hazırda mediada tirajlanan əsas məlumat gənclərin "Black Jack" viskisindən öldükləri ehtimalıdır. Maraqlıdır ki, hələ ekspertizanın nəticələri açıqlanmamış "Abşeron-Şərab" ASC özünü ortaya ataraq iddiaları təkzib etməyə, fəaliyyətini təmizə çıxarmağa can atıb. Şirkət bəyan edib ki, onların məhsulları əvəzsizdir, belə bir hadisə ola bilməz. Amma bu tələskənlik göstərir ki, ASC narahatdır. Bunun ardınca Bakıda saxta spirtli içki istehsal edilən yerlərdə əməliyyat keçirilməsi də təsadüfi deyil. Hər halda, istintaq və ekspertiza dəqiq müəyyən edəcək ki, "My Music" otelində 4 dostdan ikisinin ölümü, ikisinin ağır vəziyyətdə xəstəxanaya çatdırılmasına səbəb nə olub. Bütün hallarda isə qida, yaxud spirtli içkidən bu faktın olması ehtimalı yüksək olaraq qalır. Ona görə də baş verənlər AQTA-nın insan həyatı ilə oynayan fəaliyyətini gözlər önünə sərir. Əslində, təəccüblənmək lazım deyil. Qurumun sədri Qoşqar Təhməzli qida təhlükəsizliyinə nəzarət etməkdənsə, biznesinə nəzarəti gücləndirir. Hətta nəinki gücləndirir, getdikcə inkişaf etdirir. Jurnalist Cavanşir Həsənlinin açıqladığı yeni faktdan məlum olur ki, AQTA sədrinin başı başqa işlərə qarışıb, respublikanın qida təhlükəsizliyi isə Allahın ümidinə qalıb.
Belə ki, Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı MURAD RESİDENCEdir. Yəni Murad Təhməzli Residense!
Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir. Cavidan İmanov professor Nazim İmanovun oğludur, Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb. O 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus FTE INTERNATIONAL SOLUTIONS LLP şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub.
Jurnalist davamı olaraq qeyd edir ki, o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!
AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reyslər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtli hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir. Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdə çıxışında Təhməzlinin təkzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir. Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir? Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq.
Bəs, Zaqatalada dönərdən kütləvi zəhərlənməyə nə demək olar? Bu ölkənin qida təhlükəsizliyi kimlərin əlindədir? Bəlkə AQTA-nın işinin yoxlanması vaxtı yetişib? İstisna deyil ki, qurumun əməkdaşları arasında rüşvət alıb qanunsuz hallara göz yumanlar, hansısa iaşə obyektlərinə icazəsi olmadığı halda işləməyə şərait yaradanlar var. Dəfələrlə belə xəbərlər yayılıb ki, AQTA əməkdaşları ət satılan məntəqələrdən, dönərxanalardan, müxtəlif iaşə obyektlərindən "haqq" istəməklə onların işinə "yaşıl işıq" yandırıblar. Bu da Qoşqar Təhməzlinin qurduğu idarəçilik sistemidir. Görünür ki, AQTA belə qaydalarla idarə olunur. Lakin acı nəticəsi göz qabağındadır - azı iki gənc həyatını itirdi, ikisi ölümdən döndü. Təbii ki, bu faciəvi hadisə həm ölkənin spirtli içki, həm digər qida bazarlarında araşdırmaları gücləndirməyi tələb edir. "Abşeron-Şərab" ASC isə hər nə qədər əməlinin pak olduğunu izah etməyə çalışsa da, fakt bu şirkətin məhsullarının keyfiyyətinə inam şübhə altına düşdü. İstənilən halda, alıcılar bu informasiyalardan sonra sözügedən firmanın işçilərinə etibar etməyəcəklər və marketlərdə onlardan uzaq durmağa çalışacaqlar.
Bir sözlə, Qoşqar Təhməzli qazandığı milyonlarla biznesini genişləndirməklə yanaşı, əhalinin üzləşdiyi "qida terroru"na qarşı mübarizəni də artırsın.
Ümumiyyətlə, adıçəkilən qurum qida sənayesində təhlükəsizliklə bağlı yaradılsa da, Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğvi kimi, onun da işinə xitam veriləcəyi gözlənilir. İslahatlar paketi çərçivəsində təsis edilmiş AQTA eynilə MBNP kimi amöb bir qurum təsiri bağışlayır. Eyni zamanda sədr Qoşqar Təhməzli də ləğv edilmiş Palatanın keçmiş sədri Rüfət Aslanlının yolunu gedir.
R.Aslanlı heç bir iş görmədiyi halda, narazılıq yaratmaq və xaricdə çaxır biznesinin olması ilə ad çıxarmışdı. Bu qurumun yarıtmazlığı öz təsdiqini tapdı və prezident ləğvinə sərəncam verdi.
AQTA da effektiv fəaliyyət göstərmir və Q.Təhməzli biznesi ilə məşğuldur.
Xatırladaq ki, dostlardan ikisinin öldüyü olay Bayıl qəsəbəsinin Gülbala Əliyev küçəsində yerləşən “My Music” hotelində baş verib.
Belə ki, Qaradağ rayonu Lökbatan qəsəbəsində yaşayan 1998-ci il təvəllüdlü Kənan Mustafayev, 1993-cü il təvəllüdlü Orxan Əmirov, 1991-ci il təvəllüdlü Nicat Cabbarlı və 1998-ci il təvəllüdlü Xəzər Cabbarlı mayın 6-na keçən gecə istirahət məqsədilə hotelə gəliblər. Onlar hotelin restoranında özləri ilə gətirdikləri “Black Jack” viskisini içiblər, həmçinin orada aldıqları yemək və meyvələrlə qidalanıblar. Bir qədər sonra dostlar özlərini pis hiss etməyə başlayıb və vəziyyətləri ağırlaşıb.
Bildirilir ki, zəhərlənməyə viskinin səbəb olması ehtimal edilir.
Aftv.az
Əhali Qoşqar Təhməzlinin "qida terroru" ilə üz-üzə: oteldəki faciə AQTA-nı ifşa etdi...
Cəmiyyət
10, may, 2024
14:34
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30