Ərazini alan iş adamı məcburi köçkünlərin yolunu bağlayıb, torpaqlarına sözün həqiqi mənasında şum vurub
Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov7 fevral prezident seçkiləri ərəfəsində Novxanı çimərliyi yaxınlığında, “Spring” oteldən bir kilometr uzaqlıqda yerləşən “Sarıqaya” yaşayış massivinin “Metallurq” düşərgəsində yaşayan məcburi köçkün düşərgəsini zəbt edib. Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, düşərgədə sıx məskunlaşmanın mövcud olduğu, orada yaşayan qaçqınların öz dədə-baba torpaqlarına hələ köç etmədiyinə baxmayaraq, düşərgənin bir hissəsini məşhur iş adamlarından birinə satılıb. Artıq 3 gündür ki, ərazidə ağır texnikaların iştirakı ilə qızğın iş gedir. Ərazini satın alan iş adamı Əmlak Məsələləri Dövlət Xidmətinin məmurlarını qabağa verərək öz biznes ambisiyalarını gerçəkləşdirməyə çalışır. Məcburi köçkünlərin narazılığına yol verməmək üçün iddia edilir ki, guya Əmlak Məsələləri Dövlət Xidməti ərazidə park salır. Yəni ərazidə heç bir tikinti işi aparılmayacaq. Lakin təbii ki, vətəndaşlar buna inanmır və onlar hesab edir ki, onların pərən-pərən salınmasında məqsəd hansısa məmurun, iş adamının maraqlarını təmin etməkdir.
Kimin nə deməyindən asılı olmayaraq fakt budur ki, məcburi köçkün düşərgəsinin bir hissəsi zəbt edilib. Məcburi köçkünlərə məxsus həyətyanı sahələrin hasarları, eləcə də bir sıra yardımçı təsərrüfatlar sökülüb. Məcburi köçkünlər ortada qalan əşyaları ilə nə edəcəklərini, onları hara daşıyacaqlarını bilmir. Ərazidəki sakinlərin cumhuriyyet.az-a bildirdiyinə görə, düşərgənin əsas magistrala açılan hissəsi Elçin Yusubov tərəfindən satıldığı üçün məcburi köçkünlərin istifadə etdiyi iki avtomobil yolunun biri bağlanıb. Habelə, məcburi köçkünlər artıq ictimai nəqliyyatdan istifadə etmək üçün bir kilometrdən də çox əlavə məsafə qət etməlidir.
Bundan başqa, iş adamının Əmlak Məsələləri Dövlət Xidmətinin əli ilə düşərgədə məskunlaşan məcburi köçkünlərin Qarabağa köçməsini gözləmədən onları başqa bir yerə köçürəcəyi ilə bağlı ehtimallar səslənir ki, bu da düşərgədəki narazılığı daha da artırır. Məcburi köçkünləri daha çox bir məsələ düşündürür: Prezident İlham Əliyevin qaçqınlara qayğıkeş münasibəti fonunda onlara, eləcə də dövlət siyasətinə “Böyük köç” ərəfəsində meydan oxuyan hansı məmurdur? Prezident İlham Əliyev 30 il ərzində bu ərazidə məskunlaşan məcburi köçkünlərə hər cür şərait yaratdığı halda, Əmlak Məsələləri Dövlət Xidməti niyəqçaqınların Qarabağa köç etməsi üçün 1-2 il səbr etmir? Doğrudanmı pul faktoru dövlət başçısının göstərişindən, məcburi köçkünlərə olan qayğıkeş münasibətindən daha önəmlidir?
Məsələ ilə bağlı cumhuriyyet.az-ın apardığı araşdırma nəicəsində məlum olub ki, təxminən 3 il öncə “metallurq” qaçqın düşərgəsinin qonşuluğunda yerləşən daha bir məcburi köçkün düşərgəsi – “Şəfəq” eyni aqibətlə üzləşib. Belə ki, düşərgədə məskunlaşan vətəndaşlar Masazıra köçürülüb və onların yaşadığı torpaqlarda bahalı kotejlər inşa edilib. Maraqlıdır ki, həmin köçkün düşərgəsinin ərazisinin satışı Elçin Yusubovun xeyir-duası, Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri Taleh Bəşirovun fəallığı ilə baş tutub.
Əmlak komitəsindən prezidentə sabotaj: Elçin Yusubov və komandası qaçqınların məskunlaşdığı düşərgəni satıb
Cəmiyyət
12, yan, 2024
01:16
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00