Müdafiə Nazirliyinin (MN) mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunları maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin (HDQ) maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
"Report" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov ifadə verib.
Qeyd edək ki, M.Qurbanov Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə faktı ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətindən aparılan istintaq zamanı məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində olan cinayət işi ayrıca icraata götürülüb. Hazırda onun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Məhkəmədə şahid qismində ifadə verən M.Qurbanov tapşırıqla Nizami Məmmədova iki dəfə pul verdiyini deyib:
"Mən Nizami Məmmədova 2018-ci ildə 300 min, 2019-cu ildə isə 500 min manat tapşırıqla pul çatdırmışam. Bu pulun ona nə üçün verildiyini bilməmişəm."
M Qurbanov deyib ki, hansı şirkətlərlə müqavilə bağlamaq lazım olduğu barədə göstəriş alıb. Şirkətlərdən gələn təklifləri və bağlanan müqavilələri rəisinə məruzə edib.
"Şirkətlərlə bağlı aparılan komissiya üzvləri 12 nəfərdən ibarət olmaqla bir neçə nazirliyin nümayəndəsi təmsil olunub. Komissiyanın sədri isə mənim müavinim idi. Tenderlərdə əsasən “Azərsun Holdinq” ilə onun törəmə şirkətlərinə iştirak etmək icazəsi verilirdi. Nizami Məmmədovun satınalma və təchizata heç bir aidiyyatı olmayıb. O, şirkətlərlə bağlanan müqavilələrdə iştirak etmədiyi kimi danışıqlardan və müqavilələrə hansı məbləğlərin yazılmasından da onun məlumatı olmayıb", - M.Qurbanov deyib.
M.Qurbanov, həmçinin vurğulayıb ki, işlədiyi 2015-2019-cu illər ərzində nazirlik tərəfindən ən çox “Azərsun Holdinq”dən olmaqla ümumilikdə şirkətlərdən 19 milyon 600 min manat pul alınıb.
Müttəhim Nizami Məmmədov Məlikməmməd Qurbanovun ifadəsinə münasibət bildirərək deyib ki, satınalma ona aidiyyatı olmayan bir sahədir.
"2023-cü ilin iyulunda bu məsələ ilə bağlı mənə yeni ittiham verdilər. Mən ittihamla ibtidai istintaq bitəndə tanış oldum. Əgər Məlikməmməd Qurbanovun dediyi məbləği alsaydım, deyərəm almışam. Mən idarəyə rəis gələnə kimi ora “bazar” idi, mən gələndən sonra satınalma ilə bağlı məsələləri yığışdırdım. Daha hər hansı şirkət rəhbəri yanıma gələ bilməzdi. “Azərsun Holdinq”in nümayəndəsi Afdandil Abdiyev ifadəsində guya, mənə pul verdiyini və məni tanıdığını deyib", - müttəhim bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə dövlətə dəymiş ziyan ümumilikdə 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib.
İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı artıq ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.
Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Aftv.az
Mən idarəyə rəis gələnə kimi ora BAZAR idi - MN-də 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmədə
Cəmiyyət
30, apr, 2024
11:14
Son xəbərlər
Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır
2, noy, 2025
21:03
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02