“Rüşvət hallarını, qanunsuzluqları dilə gətirdiyimə görə məni hədələyirlər”
Tərtər sakini Arif Paşayev iddia edir ki, rayon icra hakimiyyətindəki rüşvət və saxtakarlıq barədə şikayətlərinə görə təzyiq altındadır. Onun sözlərinə görə, Tərtər Rayon İcra Hakimiyyətinin səlahiyyətli şəxsləri onu hədələyir.
“O qədər əhalidən 5 nəfər çətin tapılar ki, etirazını bildirsin”
Arif Paşayev Meydan TV-yə danışır ki, icra hakimiyyətinin nəzdindəki Qəyyumluq və Himayəçilik Komissiyası onun yaxın qohumuyla bağlı əsassız rəy verib. Söhbət 3 yaşlı Hüseynlə bağlı verilmiş rəydən gedir.
Uşağın anası 2023-cü il mayın 4-də qətlə yetirilib, atası isə bu cinayətdə ittiham olunaraq həbs edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsində onun mühakiməsi davam edir.
O hadisədən bu yana azyaşlı anasının valideynlərilə birlikdə yaşayır. Bir müddət öncə digər babası və nənəsi məhkəməyə müraciət edib ki, Hüseyn onların himayəsinə verilsin.
Komissiya isə hər iki ailə ilə bağlı araşdırmalardan, evlərinə baxış keçirəndən sonra belə nəticəyə gəlib ki, uşağın ata babasıgilin yanında qalması məqsədəuyğundur.
Hazırda Tərtər Rayon Məhkəməsində Hüseynin kimin yanında qalmasıyla bağlı mübahisəyə baxılır. Komissiyanın rəyi də məhkəməyə təqdim olunub.
Ananın valideynləri dəfələrlə icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirib, Baş Prokurorluğa və başqa dövlət orqanlarına şikayət edib. Onlar iddia edirlər ki, bu rəy qanunsuzdur.
“Şübhəmiz yoxdur ki, bu rəy rüşvət nəticəsində verilib. Rüşvət hallarını, qanunsuzluqları dilə gətirdiyimə, məsələni sosial şəbəkələrdə ictimailəşdirdiyimə görə mənə təzyiq edirlər. Zəng eləyirlər, hədələyirlər. Ümumiyyətlə, Tərtərdə elə mühit yaradıblar ki, adamlar narazılığını dilə gətirməyə, etiraz eləməyə qorxur. Tərtərin o qədər əhalisi var, arasında 5 nəfər çətinliklə tapılar ki, etirazını bildirsin”, – Arif Paşayev bildirib.
“Fikirlərinizi məhkəmədə bildirin…”
O, təzyiqlərə görə xüsusən Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov və Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Rəvan Həsənovu ittiham edir.
Meydan TV-nin əməkdaşı Arif Paşayevin iddialarına münasibət öyrənmək üçün adları çəkilən hər iki məmurun xidməti telefonlarına, həmçinin Rəvan Həsənovun mobil telefonuna bir həftə ərzində dəfələrlə zəng edib. Lakin onların heç biri zənglərə cavab verməyib.
İcra başçısının birinci müavini Elvin Umudov şikayətçi tərəf olan uşağın ana babası Vidadi Məhərrəmova göndərdiyi məktubda yazıb ki, Hüseynin tərəflərdən hansının himayəsində saxlanması məsələsinə Qəyyumluq və Himayəçilik Komissiyasında baxılaraq rəy verilib və həmin rəy də məhkəməyə göndərilib:
“Odur ki, uşağın kimin yanında saxlanılması barədə qərar məhkəmə orqanının səlahiyyətində olduğu üçün məhkəmə prosesində iştirak edərək, fikirlərinizi bildirmək tövsiyə olunur”.
Arif Paşayev Meydan TV-yə Rəvan Həsənova aid olduğu iddia edilən səs yazısını təqdim edib. Oradakı danışıqdan məlum olur ki, Rəvan Həsənov ona zəng edərək, özü və ailə haqqında sosial şəbəkələrdə səsləndirilən ittihamlara, təhqirlərə görə etirazını bildirir. O, heç kimdən rüşvət almadığını vurğulayır. Əlavə edir ki, ümumiyyətlə, Hüseyn Əlizadə haqqında rəyə görə Tərtər rayon İcra Hakimiyyətində qarşı tərəfdən pul alınması barədə söhbət olmayıb.
Aftv.az
“Tərtərdə elə mühit yaradıblar ki, adamlar narazılığını dilə gətirməyə, etiraz eləməyə qorxur”
Cəmiyyət
29, apr, 2024
17:19
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00