Paytaxtda və regionlarda özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edərək sahibkarlıq subyektlərində dezinfeksiya işlərinin vəziyyəti ilə maraqlanan, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimələr tətbiq edən şəxslər peyda olub. Bununla bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzi məlumat yayaraq sahibkarlıq subyektlərini xəbərdar edib. Xəbərdarlıqda bildirilir ki, SN-nin təsdiq olunan Əsasnaməsinə uyğun olaraq, respublika üzrə yoluxucu xəstəliklərin profilaktikası sahəsində dezinfeksiya tədbirləri (profilaktik və ocaqlı dezinfeksiya) nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya rayon gigiyena və epidemiologiya mərkəzləri, rayon/şəhər dezinfeksiya idarələri tərəfindən həyata keçirilir.
"Lakin son zamanlar Bakı şəhəri və respublikanın digər regionlarında özlərini Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, onun Bakı Şəhər Dezinfeksiya Mərkəzinin əməkdaşları kimi təqdim edən bəzi şəxslər tərəfindən sahibkarlıq subyektlərində yoxlamaların və əsassız dezinfeksiya işlərinin aparılması, sanitar-gigiyena qaydalarının pozulmasına görə cərimə edilməsi təhdidləri kimi neqativ hallara rast gəlinir. Bununla bağlı Səhiyyə Nazirliyi bildirir ki, ölkə ərazisində fəaliyyət göstərən sahibkarlıq subyektlərində yoxlamaların aparılması Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən 02.07.2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununla tənzimlənir. Belə ki, bu qanuna əsasən yoxlamalar yalnız Ədliyyə Nazirliyinin müvafiq icazə sənədi əsasında aparıla bilər. Qeyd olunanları nəzərə alaraq, fərdi sahibkarlar və sahibkarlıq subyektlərinin rəhbərlərinin nəzərinə çatdırırıq ki, yoxlama aparmaq üçün müvafiq icazəsi olmayan və özünü Səhiyyə Nazirliyinin qurumlarının əməkdaşları kimi təqdim edən şəxslər və belə neqativ hallarla rastlaşdıqda nazirliyin 9103, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421 13 93 nömrəli qaynar xətlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edilməlidir".
Qida mütəxəssisi Ağa Salamov "Sherg.az”a açıqlamasında qeyd etdi ki, sahibkarlıq subyektlərinin rəsmi qurum tərəfindən xəbərdar edilməsi müsbətdir, lakin sahibkarların öhdəsinə düşən vəzifələr var:
- Sanitar-gigiyenik qaydalar ictimai iaşə müəssisələrində yüksək səviyyədə qorunmalıdır. Əlaqədar qurumlar mütəmadi reydlər keçirməlidirlər. Amma təəssüf ki, qurumlar və bütün müəssisələr haqqında bunu demək olmur. Sahibkarlar pul qazanmağı bacarır, qazansınlar, amma gigiyen ik qaydalara da diqqət etsinlər. Təmizlik, dezinfeskisya işləri, həşəratlara, gəmiricilərə qarşı mübarizə, təmizləyici vasitələrin alınması... Bəzi sahibkarlar bu vacib işlərə pul sərf etmək istəmir, bunu “əlavə”, “izafi” xərc hesab edirlər. Təmizlik, dezibfeksiya işlərinə pul ayırmırlart,Ş mətbəxdə təmizlik aparılmır. Nəticədə qidanın çirklənməsi, çarpaz çirklənmə baş verir ki, bu da keyfiyyətsiz qidalara və hətta qida zəhərlənmələrinə yol aça bilir.
A.Salamov bildirdi ki, sanitar-gigyenik qaydalar dedikdə təkcə müəssisənin təmizliyi nəzərdə tutulmalıdır:
- Sanitar-gigiyenik qaydalar geniş anlamdır. Burada təkcə təmizlikdən söhbət getmir, eyni zamanda ərzağın, qidaların düzgün şərtlər altında saxlanması, düzgün bişirilmə qaydası, düzgün soyutma sistemi, düzgün təqdimat da vacib şərtlərdir. Qida zəncirində qırılma olmamalıdır. Əks halda qidanın keyfiyyətindən danışmaq mümkün deyil. İaşə müəssisələrində yoxlama keçirənlər də bu qaydaları bilməli və təkcə təmizliyə deyil, qida zəncirinin digər bütün halqalarına nə dərəcədə riayət olunduğunu da ciddi şəkildə yoxlamalıdırlar. Əlaqədar qurumların əməkdaşları gəlir, “bu zibil vedrəsi niyə burdadı?”, “masanın üstü niyə çirkdi?”, nə bilim, döşəmə nəylə silinir və sair bu kimi məsələlərə baxır. Amma mətbəxdə qidanın düzgün qaydalarla bişirildiyinə, ərzağın saxlanma şərtlərinə necə əməl edildiyinə fikir vermir. Ya, bunu bilmirlər, ya da səhlənkarlıq edirlər. Bəlkə hansısa müəssisədə zibil vedrəsi düzgün qoyulub, amma ət düzgün bişirilmir və yaxud çarpaz çirklənmə üçün şərait yaranıb, yanaşı qoyulması qadağan edilən ərzaqlar, məhsullar eyni rəfdədir. Bunlara da diqqət emtək lazımdır, çünki sanitar-gigiyenik qaydalara həm də bunlar daxildir.
A.Salamov fırıldaqçılara bəzi hallarda obyekt sahiblərinin şərait yaratdığını dedi:
-Müəssisələrin bir çoxunda sanitar-gigiyenik normalar pozulur, qaydalara riayət edilmir, təmizlik işləri normalar daxilində aparılmır. Fırıldaqçılar, dələduzlar da bunu bildiklərindən yaranmış imkandan istifadə etməyə çalışırlar. Əslində, sahubkarlar özləri fırıldaqçılara şərait yaradırlar ki, gəlin bizi yoxlayın, cərimə edin. Əgər sahibkar rəhbəri olduğu müəssisədə, ictimai iaşə obyektində təmizlik normalarna daim riayət etsə, onun yoxlamadan, dezinfeksiya işlərinin aparılmasından qorxusu da olmaz. Digər tərəfdən sahibkarların maaariflənməsi mütləqdir. Hər bir müəssisədə sanitar-gigiyenik normalar barədə məlumatlar olmalıdır. Rəsmi qurumlar tərəfindən vaxtaşırı aparılacaq yoxlama tədbirləri barədə də məlumatlı olmalıdırlar. Görün, nə vəziyyətdir ki, sahibkar qapını döyən hər kəsi ciddi qəbul edir, ondan çəkinir. O dərəcədə ki hətta sənəd, arayış, yoxlamayla bağlı icazə tələb etməyi ağlına da gətirmir.
Aftv.az
Ağa Salamov: “Gəlib deyir, zibil vedrəsi burada yox, orada olmalıdır”
Cəmiyyət
17, apr, 2024
10:50
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30