"Ötən ilin sentyabrında oftalmoloq Azər (Benjamin) Kazımov tərəfindən "Kəpəz" Hospitalda gözümdən ekzimer lazer əməliyyatı olunmuşam. Lakin əməliyyatdan sonra da görmə zəifliyi, ağrılar və qıcıqlanma kimi problemlər aradan qalxmadı. Həkim uzun müddət bizi yola verdi, problemimizi aradan qaldırmadı. Axırda başqa həkimə gedib müayinə olunanda bildik ki, gözümün buynuz qişasını zədələyib, məni şikəst edib".
Bu iddialarla "Qafqazinfo"ya pasiyent Nəzrin Cəfərli müraciət edib.
Onun sözlərinə görə, əməliyyatı icra edən həkimə problemin aradan qaldırılması üçün bir neçə dəfə müraciət etsə də, heç bir köməklik etməyib: "Həkimi televiziyadan Elgizin verilişində reklam olunanda görüb müraciət etmişik. Əməliyyatdan sonra problemlər qalanda həkim bizə dedi ki, bir müddətdən sonra düzələcək. Vəziyyətdən çıxmaq üçün məni Milli Oftalmologiya Mərkəzində Cəmil adlı həkimin qəbuluna göndərdi. Lakin onun da müalicələrinin xeyri olmadı. Vəziyyət o həddə çatmışdı ki, kimsə qolumdan tutmadan tək hərəkət edə bilmirdim. Məcbur olub başqa həkimə müraciət etdim və məlum oldu ki, Azər Kərimov məni səhv əməliyyat edib..."
Şikayətçi bildirir ki, nəticədə daha iki dəfə gözündə cərrahi əməliyyat icra olunub: "Müayinədə bildik ki, gözümün buynuz qişası çox dərin kəsilib. Bu dəfə müraciət etdiyim həkim isə dedi ki, dərin yaraları tikmək üçün ancaq əməliyyat olunmalıyam. Çünki həmin fəsadları ancaq bu yolla aradan qaldırmaq olar. Daha iki dəfə əməliyyat olundum. Birinci əməliyyat təyin olunanda Benjamin Azər Kərimova müraciət etsəm də, bizə müxtəlif bəhanələr gətirərək rədd etdi. Yenicə öyrənmişik ki, artıq əvvəlki klinikadan çıxaraq başqa bir özəl tibb müəssisəsinə keçib. İstəyirəm ki, mənim və mənim kimi digər insanların sağlamlığını əlindən alan bu həkim öz cəzasını alsın. Bu cür reklam olunan həkimlər insanların həyatını korlamasınlar.
Aylardır işə gedib-gələ bilmirəm. Bu həkim mənə həm maddi cəhətdən böyük ziyan vurub, həm də şikəst eləyib. Problemim isə hələ də aradan qalxmayıb..."
"Kanallarda reklam olunan həkim gözlərimi şikəst etdi" - ŞİKAYƏTSadalanan ittihamlara aydınlıq gətirmək üçün Benjamin Azər Kərimovla əlaqə saxladıq. Özünü həkimin asistenti kimi təqdim edən şəxs isə heç bir açıqlama vermək istəmədi: "Zəhmət olmasa, nə sualınız varsa, hüquq-mühafizə orqanlarına müraciət edin".
Problemlə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: "Özəl tibb fəaliyyəti haqqında" AR Qanuna əsasən özəl tibb müəssisələrində xəstələrə tibbi yardımın göstərilməsi tərəflər arasında bağlanmış müqavilənin şərtləri ilə tənzimlənir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən yerində plandankənar (növbədənkənar) yoxlama insanların həyat və ya sağlamlığına birbaşa və mühüm təhlükənin olması və ya mühüm zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda keçirilir.
Vətəndaş tərəfindən Səhiyyə Nazirliyinə və yaxud birbaşa Anlitik Ekspertiza Mərkəzinə rəsmi müraciət olunduğu halda, yoxlama zamanı həmin klinikada göstərilən tibbi yardım, müayinə və müalicəni icra edən mütəxəssis barəsində yerində araşdırma aparıla bilər. Yoxlama nəticələrinə əsasən həkim və müəssisə barəsində "İnzibati Xətalar Məcəlləsi"nin müvafiq maddələrinə uyğun olaraq inzibati tənbeh və digər tədbirlər görülə bilər. Eyni zamanda, Analitik Ekspertiza Mərkəzinin səlahiyyətlərinə məhkəmə-tibbi ekspertizasının aparılmasının daxil və həkiminin əməllərinə hüquqi qiymət verilməsi məsələsinin aid olmadığını nəzərə alaraq vətəndaşa təsdiqedici sənədlərlə birlikdə hüquq-mühafizə və ya məhkəməyə müraciət etmək hüququn var".


Aftv.az
"Azər Kərimov məni səhv əməliyyat edib..." - GİLEY
Cəmiyyət / Səhiyyə
13, apr, 2024
16:27
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00