Azərbaycanda Vətən müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin, aztəminatlı ailələrin sosial problemlərinin ictimailəşməsi ciddi şəkildə əngəllənir.
Bu maneəni yaradan qüvvələrin mütəşəkkil bir dəstə olduğu və qazilərin səsinin eşidilməsinə şərait yaradan KİV-lərə təzyis göstərdiyi bildirilir. Bu barədə Səngər TV rəhbəri Aqil Alışov Prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciətdə açıqlayıb. Baş redaktor çıxışı zamanı bəyan edib ki, bu işin arxasında dayanan güc “Veysəloğlu” Şirkətlər Qrupudur. Ölkədə pərakəndə, topdansatış, logistika, idxal, distribusiya, istehsal sahələrində fəaliyyət göstərən şirkət öz sektorunda iş görməyi bir kənara qoyaraq mediaya basqı göstərir, maliyyələşdirdiyi mütəşəkkil qrupların əli ilə Səngər TV-ni hədələyir, onun fəaliyyətini dayandırmağa çalışır. A.Alışov deyib ki, şirkətin rəhbəri Aydın Talıbovdur və “Veysəloğlu” qazilərin susdurulması, problemlərinin dilə gətirilməməsi üçün həmin “qoçu dəstə”lərinə sponsorluq edir. Baş redaktor bildirib ki, rəhbəri olduğu Səngər TV-ni bloklamağa, yayımını dayandırmağa cəhd göstərilir. O, ölkə başçısından və hüquq-mühafizə orqanları rəhbərlərindən bu müraciət əsasında araşdırma aparılmasını xahiş edib. Maraqlıdır ki, “Veysəloğlu” şirkətinin işi qida sahəsində, digər xidmət sektorlarında fəaliyyət göstərmək olduğu halda, qazilərin problemlərinin işıqlanması bu şirkəti niyə narahat edir? Aydın Talıbov həmin dəstələri nə üçün maliyyələşdirir? Hər halda suallara aidiyyatı orqanlar daha aydın cavab tapacaqlar… (Aztoday)
Aftv.az
“Veysəloğlu” rəhbəri Aydın Talıbovla bağlı Prezidentə müraciət olundu – VİDEO
Cəmiyyət / Video
9, apr, 2024
19:22
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00