Fövqəladə hallar nazirinin müavini Faiq Cavad oğlu Tağı-zadənin həyat yoldaşı Dilarə Tağı-zadə tərəfindən əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi Səbail Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə keçirilib.
“Unikal”ın əldə etdiyi məlumata görə, keçirilən məhkəmə prosesində iddiaçı və cavabdeh tərəflərin heç biri iştirak etməsə də, prosesə 3-cü tərəf kimi cəlb olunan "AFF Bank"ın nümayəndəsi Xəqani İmanov iştirak edib. Hakim tərəflərə rəsmi qaydada dəfələrlə bildiriş göndərildiyini bildirib, ancaq buna baxmayaraq heç bir tərəf məhkəmədə iştirak etməyib.
Proses zamanı məlum olub ki, Faiq Tağı-zadə özünə məxsus bağ evini ipoteka yüklü edərək banka girov qoyub pul götürüb. Ancaq general kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyi üçün bank 2020-ci ildə Faiq Tağı-zadə və onun həyat yoldaşı Dilarə Tağı-zadə barədə Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Hakim Emin Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində iddiaçı bankın xeyrinə qərar çıxarılıb və iş icraya yönəlib.
Hazırkı məhkəmədə çıxış edən "AFF Bank"ın nümayəndəsi Xəqani İmanovun bildirdiyinə görə, Dilarə Tağı-zadə icra işini uzatmaq üçün öz həyat yoldaşını məhkəməyə verib. Guya Faiq Tağı-zadə bağ evini girov qoyub kredit götürən zaman onun xəbəri olmayıb.
Halbuki "AFF Bank" həmin vaxt Dilarə Tağı-zadə tərəfindən notarial qaydada verilən razılıq ərizəsini də məhkəməyə təqdim edb. Həmçinin bankın nümayəndəsi işdə kommersiya sirri olduğu üçün məhkəmə prosesinin qapalı keçirilməsi ilə bağlı hakimə şifahi vəsatət verib.
Qeyd edək ki, Dilarə Tağı-zadə ilə əlaqə saxlayıb onun iddiası ilə bağlı mövqeyini öyrənmək istəsək də, o, bu barədə danışmaq istəmədi.
Aftv.az
Faiq Tağı-zadə kredit borcunu ödəmədiyi üçün əmlakı əldən çıxıb
Cəmiyyət
2, apr, 2024
14:10
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00