Prezidentə müraciət edən Şəhid anası İcra nümayəndələri tərəfindən hörmətsizliklə qarşılaşdı VİDEO

Cəmiyyət
30, mar, 2024 18:43

İmisli Rayonu Sərxanlı kənd sakini Şəhid Rüstəmov İbadər Səxavət oğlunun anası Rüstəmova İmmi Feyzi qızı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə müraciət edib. Belə ki, İmmi Rüstəmova Bakunews.az xəbər portalına video müraciət göndərib. Həmin müraciət tərəfimizdən dərc edildikdən sonra Sərxanlı kənd icra nümayəndəsi və Rayonun İcra Başçısından narazı olduğu qeyd edilən məsələ tamamilə kənarda qalaraq Şəhidin evinə gedilib. İcra Hakimiyyətinin nümayəndələrinin getdiyi Şəhid anasının evində biabırçı danışıqlar aparılması ilə bağlı yeni məlumatlar daxil olub. Belə ki, Şəhid anasına icra nümayəndələri tərəfindən bildirilib ki, Prezidentin göstərişi ilə şəhid və qazi ailələrinə pulsuz dərman və müalicə xərclərin qarşılanması tapşırığı ilə fonddan vəsait ayrılacaq. Məhs həmin zaman biz sizi dərmanlarla təmin edəcəyik. Lakin Şəhid anasını ziyarət edən kəslər əslində edilən müraciətə diqqətlə qulaq asmayıblar.

Odur ki, Şəhid anası müraciətində yaşadığı evin pəncərə qapılarının və dam örtüyünün tamamilə yararsız hala düşməsi o cümlədən evin tam təmirsiz halını bildirərək Prezidentdən yardım istəyib. Həmçinin qeyd edək ki, dəfələrlə Şəhid anası və ailə üzvləri Sərxanlı kənd nümayəndəliyi və rayon icra hakimiyyətinə qəbula getsə də, onları heç kəs qəbul etməyib. Bildiriblər ki, vaxtımız yoxdur sonra gələrsiniz. Havaların soyuq keçməsini nəzərə alsaq bu qışıda Şəhid anası minbir əziyyətlə keçirmək məcburiyyətində qalıb. Lakin insaf deyilən bir duyğuya sahib olmayan və keçmiş icra başçısı Vilyam Hacıyevin yolunu gedən yeni başçı Şəhid anasını ziyarət etməyi özünə sığışdırmayıb. İki gündür media Şəhid anasının müraciəti ilə çarxalanır lakin icra başçısı kabinetindən çıxıb ananın ayağına getməyə tənnəzül belə etmir.
Qeyd edək ki, İcra başçılarını təyin edən Prezident İlham Əliyev dəfələrlə vurğuladı ki, mən Sizi kabinetdə oturmağa təyin etmirəm xalqın içində olun. Amma görünən odur ki, o kresloda nə varsa kim təyin edilirsə eks rəhbərin getdiyi yol ilə gedir. Şəhid anası İmmi Rüstəmovada yeni müraciətində qeyd edir ki, Prezident İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva Şəhid analarını ailələrini şəxsən ayağına gedərək onlara qayğı ehtiram göstərməklə böyüklüklərin xalqa nümayiş etdirib. Lakin yerli icra başçısı onun ayağına gedən Şəhid anasını qəbul etməyə belə yanaşmayıb. İndi bir sual yaranır.
Cənab İcra Hakimiyyətinin başçısı Rzayev Elçin Adil oğlu Siz məgər təyin edilərkən İcra başçısının birbaşa üzünüzə efirdə dediklərini heçmi dinləmirdiniz? Bu gün şəhid anasını qapıdan geri qaytarırsınızsa Sizlər Prezidentimiz İlham Əliyev cənablarının qərarlarına hansı səpkidə yanaşdığınız artıq biz xalqa açıq aydındır. Prezidentin təklif və tövsiyyələrinə bu qədər laqeyd olmağınız nə ilə bağlıdır? Hələ şəhid ailəsinə basqı edən əməkdaşlarınızı demirik ki, onlara yayılan müraciət videosunun sildirilməsi göstərişi verirlər. Əməkdaşlarınız hansı haqq və hüquqla şəhid ailəsindən bunu tələb edir deyə bilərsiniz? İcra nümayəndələri hər bir şeydən xəbərsiz addımladıqları əməkdaşımıza etdiyi zəngdə bəli olub. Belə ki, jurnalistlə danışan icra nümayəndəsi şəhid anasını ziyarət etdiklərini və heç bir kəsirlərinin olmadığın qeyd edir. Jurnalist isə Şəhid anasının aclıqla, yoxsuluqla bağlı müraciətinin yayılmadığını bildirməsinin ardından icra nümayəndəsinin verdiyi sual yenədə bizi şoka salıb. Bəs bu ailənin nəyi çatmır? Deyə icra nümayəndəsi jurnalistə sual edir.

Jurnalist yenədə icra nümayəndəsinə bildirir ki, Şəhid anası İmmi ana evinin dam örtüyü ilə içərisinin düzəldilməsini istəyir. Lakin video müraciətə baxmayan icra nümayəndələri ümumiyyətlə Şəhid anasının hüzuruna niyə hansı səbəbdən getdiyini bilmədən gedib yanlışlığa yol verməklə özlərini nədəsə haqlı çıxarmağa çalışıb. İcra nümayəndələri anaya bildirir ki, sizi dərmanla dövlət yaxın zamanda təmin edəcək. Lakin icra nümayəndəsi anlamır ki, onsuzda şəkər xəstələrinin hər birinə dövlət dərman pereparatı ilə təmin edir. Bu təmin etmə görəsən nəyin təminetməsidir ki, İcra nümayəndəsi Şəhidin qapısına bu ifadəni işlətmək üçün təşrif buyurub. Axı ana evinin qəzalı olması ilə bağlı müraciət edir. Lakin icra nümayəndələri edilən müraciətin başlığında işlədilən xəstə anayam ifadəsindən başqa heç bir sözünə əhəmiyyət vermədən Şəhidin anasının hüzuruna qaçaraq gəlir. Burda sual yaranır cənablar siz nəyə və hara nə üçün getdiyinizin fərqindəsinizmi? Yoxsa sizə elə desələr qaç ora qaç bura siz məsələni dəqiqləşdirmədən əhalini necə, nə ilə təmin edəcəksiniz?
Qarşı tərəf edilən ittihamlar cavab vermə hüququndan istifadə edərək bizim xəbər portalı vasitəsi ilə öz mövqeyini bildirə bilər.
Məsələ diqqətdə saxlanılır... Ətraflı baş verənlərlə bağlı məlumatlar veriləcək.
Aftv.az

Son xəbərlər