Meydan TV ilə bağlı cinayət işində iki kommersiya qurumunun adı keçməkdədir.
Tribunainfo.az bildirir ki, bu proseslə bağlı diqqət çəkən detallardan biri ölkəyə pul gətirilməsində “Baku Elektroniks” firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovanın adının hallanmasıdır. İkinci xüsusi nüans isə pul köçürülməsinin “TBC Bank” adlı bank olmayan təşkilatın vasitəsi ilə həyata keçirilməsidir. Belə ki, bu haqda Baku TV tərəfindən hazırlanmış geniş süjetdə bəhs olunub. Süjetdə deyilir ki, “Baku Elektroniks” firmasının onlayn satış şöbəsində baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus məxsus GE07TB7258945063400001 “TBC Bank” hesabları vasitəsilə maliyyə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub, habelə layihələrlə əlaqəli bağlanmış müqavilələr, görülən işlərə, sərf edilmiş vəsaitlərə dair hesabat sənədləri, kassa mədaxil qəbzləri və ölkədə həyata keçirilmiş valyuta mübadilə orderləri müəyyən edilib. Bu vəsaitlər təkcə Şirməmmədovanın sözügedən hesabından qəbul edilməyib. Materialda vurğulanır ki, ümumilikdə təxmini 700000 manat dəyərində maliyyə vəsaitlərini Rəna Tahirovaya məxsus GE07TB7583245163400001, Pərvanə Məmmədovaya məxsus GE53TB7428945163400001 və “Yuva Humanitar Mərkəzinin İdarə Heyətində təmsil olunan, elektronika avadanlıqlarının satışı ilə məşğul olan şirkətlərdən birində onlayn satış şöbəsində hazırda baş əməliyyatçı işləyən Rəvanə Şirməmmədovaya məxsus GE07TB7258945063400001 “TBC Bank” hesabları vasitəsilə qəbul etdiklərini təsdiq edən faktlar müəyyən olunub. Maraqlıdır ki, “Baku Elektroniks” öz ə əməkdaşının, baş əməliyyatçının bu fəaliyyətindən nə dərəcədə məlumatlı olub? Ümumiyyətlə, mağazalar şəbəkəsinin bu işlə nə əlaqəsi var? Həmçinin, “Bank TBC” təşkilatı hesaba köçürülən maliyyə ilə bağlı hər hansı dəqiqləşdirmələr aparıbmı?
Xatırladaq ki, Meydan TV ilə bağlı cinayət işi üzrə həbs edilmiş Bakı Jurnalistika Məktəbinin (BJM) faktiki rəhbəri Ülvi Tahirovun ətrafında davam etdirilən araşdırmalarla onun həyat yoldaşı, “Yuva” Humanitar Mərkəzinin həmsədri Rəna Tahirova və onunla yaxın əlaqələrdə olan FEMACT MMC-nin direktoru feminist Pərvanə Məmmədova barəsində bir sıra detallar açıqlanıb. Belə ki, sözügedən şəxslər barəsində 2016-cı ildən etibarən qadınları feminist hərəkatına cəlb etməklə təşkilatlandırma və gender bərabərliyi mövzuları üzrə müxtəlif qrant layihələrdə iştiraklarını təmin etməklə müxtəlif mənbələrdən maliyyə vəsaitləri əldə etmə faktları müəyyən olunub.
Məsələn, 2016-2022-ci illərdə İsveçin “Kvinna till Kvinna” donor təşkilatından “Gənc Qadın və Qızların Liderlik Proqramı” (Young Women and Girls Leadership Program), “Gənc qadınların cəmiyyətdə sülhyaratma fəallığı” (Young women”s peacebuilding activism in the society), “Ümid Mərkəzi – Gənc Qadınların Gücləndirilməsi” (Umid (Hope) Center -Young Women Empowerment) və “COVID-19-a cavab olaraq ÜMİD icmasına dəstək” (Support to UMID community as response to COVID-19) adlı layihələr üzrə 600500 manat, həmçinin, 2022-2023-cü illərdə Birləşmiş Krallığın “Müharibə və Sülh Xəbərləri İnstitutu” (IWPR – Institute for War and Peace Reporting) donor təşkilatından “Qarabağdan olan məcburi köçkünlərin məskunlaşdırılması prosesində gender məsələsinin ön plana çıxarılması (Gender mainstreaming of resettlement process of IDP from Karabakh) layihəsi üzrə 73000 manat sözügedən dəstənin ixtiyarına verilib. Yazıda adı keçən tərəflərin açıqlamalarını işıqlandırmağa hazırıq.
Nurlan
Aftv.az
“Baku Elektroniks” və “TBC Bank”-ın adları Meydan TV işində keçir – Araşdırma
Araşdırma
15, yan, 2025
16:59
Son xəbərlər
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00
Türkiyədə Rusiya–Ukrayna danışıqları: Güzəşt mümkün olacaq?
20, iyl, 2026
19:50
“Qızıl top”un ikiqat qalibi Kevin Kiqan vəfat edib
20, iyl, 2026
19:30
Salyanda faciəvi qəza: İki nəfər həyatını itirdi, dörd nəfər xəsarət aldı
20, iyl, 2026
19:10
Moldovada benzin ehtiyatı tükənir: Ölkənin cəmi 18 günlük yanacağı var
20, iyl, 2026
19:00
Çayxanada müştərini bıçaqlayan şəxsə hökm oxundu
10, iyl, 2026
10:20
Samur çayının su ehtiyatları ilə bağlı yekun sənəd imzalandı – FOTO
10, iyl, 2026
10:20
İndoneziya enerji sahəsində ilkə imza atdı
10, iyl, 2026
10:10
Mbappedən tarixi uğur: 44 illik rekord qırıldı
10, iyl, 2026
10:08
Azərbaycan nefti ucuzlaşıb
10, iyl, 2026
10:00
Bakıda qadına silahlı hücum: Keçmiş əri şübhəlilər arasındadır
9, iyl, 2026
17:40
Diqqət: Bakının bəzi hissələrində qaz olmayacaq
9, iyl, 2026
17:30
XİN-in kollektivi Zəfər parkı və Zəfər abidəsini ziyarət edib - FOTO
9, iyl, 2026
12:30