Son illər həbs olunan sabiq məmurların məhkəmə proseslərində sensasion ifadələr səsləndirilir. Hakim önünə çıxarılan keçmiş vəzifə sahiblər elə etiraflar edirlər, elə faktlar açıqlayır, eşidən şok yaşayır. Bu şəxslər dövlətin bunlara tapşırdığı vəzifədən şəxsi obyekt kimi istifadə ediblər. Nəticədə milyonlarla manat rüşvət və başqa mənimsəmələrə yol verilib.
Növbəti belə etiraf bu günlərdə səsləndirilib. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmə istintaqı zamanı yol verdiyi qanunsuzluqlardan söz açıb.
Naxçıvan Hərbi Məhkəməsində keçirilən ilk baxış iclasında ittiham elan edilib.
Polkovnik Mirzə Cəlilov rəis kimi çalışdığı dövrdə 1159 nəfərə hərbi xidmətə yararsız və ya möhlət verilməsi qarşılığında 2 milyon 464 min manat rüşvət almaqda ittiham edilir. O, həmçinin 10 nəfərdən rüşvət alaraq onları işlə təmin edib.
Mirzə Cəlilov ittihama münasibətdə özünü təqsirli bilməyib.
Sərbəst ifadəsində deyib ki, hərbi xidmətə yararsız olanlar barədə aktları rəisi olduğu xidmət deyil, həkimlər verib: “Mən heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə gətirib mənə verirdilər. Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam”.
Göründüyü kimi, polkovnik mütəşəkkil cinayətkarlığın üstünü açıb. O, yeni həbslərin keçirilməsinə əsas verən sözlər deyib. Burada yada ilk düşən persona general Arzu Rəhimovdur. O, uzun illər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi olub. Tabeliyindəki şəxs bu qədər rüşvət yığıbsa, bundan A.Rəhimovun xəbəri olmayıb? Bu suala aydınlıq gətirmək üçün Arzu Rəhimovla Mirzə Cəlilov məhkəmə üzləşdirilməlidir.
Son illər xeyli oxşar həbslər aparılıb. Vaxtilə Arzu Rəhimovun tabeliyində işləmiş xidmət rəisləri rüşvət ittihamı ilə tutulub. Amma nə sirdirsə, generalın poqonlarına tox qondurmur. Kimsə ondan soruşmur ki, Arzu Rəhimov, axı bu cinayətlər sən rəis olduğun dövrdə baş verib. Mirzə Cəlilovun məhkəmədə verdiyi ifadədən bu cümləyə diqqət edək: “Yığılan pulun 10 faizi sonradan onlara (rəislərə-red.) verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam”. Bəs yerdə qalan milyonlarla rüşvət kimlərin cibinə gedib? Bu suala cavab tapmaq lazımdır.
İnanırıq ki, aidiyyatı orqanlar bu məsələ ilə bağlı vaxt itirmədən hərəkətə keçəcəklər.
Xatırladaq ki, Arzu Rəhimov 2012-2023-cü illərdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb. General-polkovnikdir. O, 1 oktyabr 1964-cü ildə Naxçıvanda anadan olub.
Globalinfo.az
Aftv.Az
Bu ifadə generalın sonunu gətirə bilər - Polkovnik məhkəmədə elə faktlar açdı ki…
Araşdırma
25, dek, 2024
13:08
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00