Naxçıvan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilovun növbəti məhkəmə prosesi keçirilib.
Aftv.az-ın məlumatına görə, İlham İbrahimovun sədrlik etdiyi prosesdə dövlət ittihamçısı çıxış edərək bildirib ki, M.Cəlilov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə 1159 nəfərdən ayrı-ayrılıqda hərbi xidmətə yararsız və ya möhlət verilməsi üçün ümumilikdə 2 milyon 464 min manat rüşvət alıb. Bununla yanaşı, o, rəis kimi 10 nəfərdən qanunsuz olaraq rüşvət alaraq onları işlə təmin edib və ya iş yerlərini dəyişib.
Təqsirləndirilən şəxs Mirzə Cəlilov ifadə verərək bildirib ki, 2020-ci ildə rəis təyin olunarkən Muxtar Respublikada fəaliyyət göstərən qurumun digər idarə rəisləri ilə görüş keçirib. O bildirib ki, hərbi xidmətə yararsız olanlar barədə aktları həkimlər verirdi: "Heç kimdən pul almamışam. Bu, əvvəldən qoyulmuş qanun idi, hər rayon rüblük olaraq məlumat verirdi. İclasda rayon idarə rəisləri bildirdi ki, qayda belə olub. Mən ümumiyyətlə heç kimə göstəriş verməmişəm ki, kimdənsə pul alın. Hər rübün sonunda idarə rəisləri pulları siyahı ilə mənə gətirib verirdilər. Yığılan pulun 10 faizi sonradan onlara verilirdi. Mən isə çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam”.
Məhkəmədə M.Cəlilov qanunsuz olaraq işə götürülən işçilər barədə deyib ki, onlar əvvəlcə xidmətə müraciət ediblər.
Daha sonra şahidlərin ifadələri dinlənilib. Şahidlər bildiriblər ki, M.Cəlilov onlara deyib ki, bir illik möhlət üçün 1800 manat, 3 illik təkrar müayinədən keçmək üçün 3000 manat, hərbi xidmətə yararsız bilet üçün isə 5000 manat ödənilməlidir. Yığılan pulların 10 faizi isə rayon şöbə rəislərinə verilirdi.
Növbəti məhkəmə prosesi 10 yanvar tarixinə təyin olunub.
"Hər rüb 10 min manat paket almışam" - Sabiq rəis
Araşdırma
24, dek, 2024
16:43
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00