Qafqazın ən böyük metallurgiya şirkəti sayılan “Baku Steel Company” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mühasibi işləmiş Xəqani Məmmədovun məhkəməsi başlayıb. O, 2 milyondan çox dələduzluqda, yarım milyondan çox vergidən yayınmaqda ittiham olunur.
Bizimyol.info xəbər verir ki, dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə Xəqani Məmmədovun məhkəməsi keçirilib. Məhkəmədə prokuror ittiham aktını elan edib.
İtthama əsasən, “Baku Steel Company”yə satılan metal tullantıları hesabına əldə olunan Əlavə Dəyər Vergisi (ƏDV) dələduzluqla ələ keçirilib. Belə ki, şirkətə rəhbərlik edən şəxslər qərar verib ki, fiziki şəxslərdən metal qırıntılar alınmasın, ancaq hüquqi şəxslərdən (şirkətlərdən) alınsın.
Bu qərar da uzun müddət şirkətdə işləyən, metal qəbulu şöbəsinin rəis müavini İmani Bayramova və metal satan iş adamlarına sərf eləməyib.
Həm orada, həm də başqa şirkətlərdə mühasib işləmiş Xəqani Seyfullayevin qohumunun adına rəsmiləşdirilən, amma özünün rəhbərlik etdiyi “Scarab Construction” adlı şirkət yaratdığı, bu şirkət vasitəsilə müxtəlif adamların metallarını “Baku Steel Company”ə satdığı və nəticədə 2 milyon 273 min manat ƏDV məbləğinin büdcəyə köçürülmədən dələduzluq yolu ilə ələ keçirildiyi, həmçinin 518 min manat vergi borcunun ödənilmədiyi də ittiham aktında qeyd olunub.
İttihama görə, bu cinayət qrup şəklində törədilib. Altı nəfər təqsirləndirilən şəxsin vurduğu ziyan üzrə ümumilikdə hər birinin üzərinə düşən pay 481 min 892 manat olub. Təqsirləndirilən şəxslərin hər biri bir neçə ay həbsdə olub, sonradan ev dustaqlığına buraxılıblar.
İstintaq dövründə İmani Bayramov, Rəsul Hüseynov, Mirzaur Məmmədov və Teymuraz Məmmədov üzərilərinə düşən 481 min manatdan artıq ziyanı və məsuliyyətdən azad olunmaları üçün hərəsi 200 min manata yaxın olmaqla nəzərdə tutulan vəsaiti dövlət büdcəsinə ödəyiblər. Bu əsasla onlar barəsindəki cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Ziyanın bir hissəsini ödədiyi üçün həbsdən azad edilən Samir Məmmədov ev dustaqlığında olduğu müddətdə vəfat edib. Bu səbəbdən onun da cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Qalıb yalnız Xəqani Seyfullayev. Ona qarşı Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.
Dövlət Vergi Xidməti bu cinayət işi üzrə məhkəmədə zərərçəkmiş qismində tanınıb.
Dekabrın 10-da məhkəmədə ittihama münasibət bildirən Xəqani Seyfullayev özünü təqsirli bilmədiyini deyib. O bildirib ki, bacısının həyat yoldaşının adına şirkət olub, onunla birlikdə işləyiblər.
İxtisasca iqtisadçı olduğunu deyən Xəqani Seyfullayevin sözlərinə görə, görülən işlərin hamısı rəsmi olub. O, qeyd edib ki, dəmir tullantıları mərhum Samir Məmmədovdan müqavilə əsasında alınıb. Alınan malın üstünə az məbləğdə pul qoyub, “Baku Steel Company”ə satıblar.
Bu cinayət işi üzrə məhkəmə araşdırmaları yanvarın 14-də davam edəcək.
“Baku Steel Company”nin keçmiş rəhbəri, uzun illər bu şirkətə rəhbərlik edən Rasim Məmmədov 185 milyon manatlıq mənimsəmə, dələduzluq və başqa ittihamlarla 2021-ci il yanvarın 28-dən həbsdədir. O, 13 il 9 ay azadlıqdan məhrum edilib. Bu yeni cinayət işində bəhs olunan hadisələr isə Rasim Məmmədovun həbsindən 5 ay sonra başlayıb.
Hazırda “Baku Steel company”nin baş direktoru Kamal İbrahimovdur.
Aftv.az
“Baku Steel Company” ilə bağlı bir neçə milyonluq yeni dələduzluq qalmaqalı - TƏFƏRRÜAT
Araşdırma
11, dek, 2024
17:41
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00