Bankların xalis xarici aktivləri artıb, daxili aktivləri azalıb

Araşdırma
2, dek, 2024 13:21

Bu il noyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 26 milyard 290,2 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,1 %, ilin əvvəlinə nisbətən 4,3 %, 2023-cü ilin noyabrın 1-i ilə müqayisədə isə 17,5 % çoxdur.

Hesabat dövründə bankların xalis daxili aktivləri isə 18 milyard 162,4 milyon manat təşkil edib ki, bu da aylıq müqayisədə 9,6 %, ilin əvvəlinə nisbətən 8,5 %, illik müqayisədə isə 11,5 % azdır.

Azərbaycanda 22 bank fəaliyyət göstərir.
Aftv.az

Son xəbərlər

Sumqayıtda DƏHŞƏT
15, apr, 2025 08:30