Çətənə kolları yetişdirən şəxs həbs olundu

Araşdırma
16, avq, 2024 17:22

Siyəzəndə əməliyyat yolu ilə 41 ədəd çətənə kolu aşkarlanıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Aftv.az-a verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini Mizəfər Ramazanovun kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 81 kiloqram olan 41 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər