Avqustun 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Gədəbəyin Söyüdlü kəndində etirazlar zamanı qaldırılan plakatları hazırlayan kənd sakini Coşqun Musayev 3 il müddətinə azadlıqdan məhrum edilib.
Məhkəmə ona verilən Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəni tövsif edib. Ona Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə hökm oxunub.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel" kimi tanınır) əməkdaşları Musayevi Nərimanov parkında şübhəli şəxs kimi saxlayıb və idarədə onun üstünə baxış keçirilərkən cibindən 6 qramdan çox narkotik tapılıb.
Kənd sakini məhkəmədə bildirib ki, onu Söyüdlü etirazlarındakı plakatlara görə cəzalandırırlar deyə narkotiklə şərləyirlər. Musayev deyib ki, Bakıda həbs olunmasından tutmuş, cibindən narkotik çıxmasınadək cinayət işində yazılanların hamısı yalandır. O, narkotikin onun cibinə "Bandotdel"də qoyulduğunu qeyd edib.
Mobil telefonların alqı-satqı və təmiri ilə məşğul olduğunu deyən Musayevin sözlərinə görə, onu Söyüdlü etirazlarından bir gün sonra – iyunun 21-də Gəncədə "satdığı telefonlardan birinin oğurluq çıxması" adı ilə saxlayıblar. Daha əvvəl isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Gəncə şöbəsinə, oradan da Bakıya - "Bandotdel"ə aparıblar.
Kənd sakini bildirib ki, narkotiki də cibinə "Bandotdel"də qoyublar, təzyiq ilə müxtəlif sənədlərə imza atdırıblar:
"Gəncədə DTX-nın binasında üstümü yoxlamışdılar, narkotik olsaydı, elə orada çıxardı. Məni "Bandotdel"də bir gecə saxlayandan sonra səhər Nərimanov parkına apardılar. Orada əvvəlcədən öyrətdikləri kimi oturdum, kənardan çəkiliş elədilər. Sonradan bildim ki, mənim guya Bakıda parkda tutulduğumu sübut eləmək üçün ssenari qurublar".
Onun sözlərinə görə, plakatlar, başqa növ çap məhsulları hazırlamaq onun işinin tərkib hissəsidir.
"İndiyədək Qarabağ döyüşlərində həlak olanların fotoları, Söyüdlünün tarixi, elm adamları haqqında da çoxsaylı plakatlar hazırlamışam" - deyə, o, məhkəmədə bildirib.
O, təqsirsiz olduğunu qeyd edib. Himayəsində iki azyaşlı uşağının olduğunu hakimlərin nəzərinə çatdıraraq onlardan ədalətli hökm çıxarmalarını istəyib.
Ötən il iyunun 20-də Söyüdlü sakinləri "Gədəbəy" yatağından qızıl hasilatı və emalı şirkətinin çirkab suları üçün ikinci süni gölün qurulmasına etiraz ediblər. Polis etirazlara müdaxilə edib, nəticədə 10 nəfərə yaxın şəxsin xəsarət aldığı və rəsmi olaraq 5 nəfərin inzibati həbs olunduğu açıqlanıb. Daha dörd nəfər kənd sakini haqqında isə narkotik ittihamı ilə cinayət işi başlanıb.
Sakinlər həmin süni gölün suyunda sianid olduğunu və kəndin içməli suyuna qarışdığını, nəticəsində də insanların sağlamlığına mənfi təsir etdiyini bildirirdilər.
Etiraza səbəb olan süni göl kənddəki ikinci oxşar su hövzəsi olacaqdı.
Sakinlər bildirirlər ki, 2012-ci ildə kəndlərinin yaxınlığında qızıl mədəninin tullantılarından yaranan göl salınıb. Onlar bundan sonra bağlarında meyvə qalmadığını, arı təsərrüfatlarının dağıldığını deyiblər.
İyulun 11-də Prezident İlham Əliyev hökumətin müşavirəsində Söyüdlüdəki etirazlardan danışarkən polisin davranışını müdafiə edib, kimsənin polisə ləkə vurmasına imkan verməyəcəyini deyib. O, vətəndaşların qanuna tabe olmalı olduğunu vurğulayıb. Prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitlə bağlı məsələdə səhlənkarlıq etdiyini deyib.
Ötən il iyulun 14-də Azərbaycanın Baş naziri Əli Əsədovun qərarı ilə şirkətin Söyüdlü qızıl mədənində fəaliyyəti müvəqqəti olaraq dayandırılıb və "Anglo Asian Mining"in fəaliyyətinin ətraf mühitə təsirinin monitorinqi aparılıb.
"Anglo Asian Mining" şirkəti 21 avqust 1997-ci ildə imzalanmış hasilatın pay bölgüsü çərçivəsində Azərbaycanda qızıl hasilatını həyata keçirir. Müqavilə üzrə Azərbaycanın payı 51 faiz, Britaniya şirkətinin payı 49 faiz təşkil edir.
Aftv.az
Söyüdlü kəndində etirazlar zamanı plakat hazırlayan sakin 3 il müddətinə azadlıqdan məhrum edilib
Araşdırma
13, avq, 2024
13:06
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00