Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.2-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs- İsmayılov Yusif İdris oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.
Aftv.az-ın məlumatına görə, əsas şahid qismində təqsirləndirilən şəxsin qohumu Həsrət İsmayılov ifadə verib. Onun sözlərinə görə, ilk zərbəni Yusifə "Aradabir" adlı kafedə kəllə ilə dünyasının dəyişən Etibar Fətəliyev vurub. Həmin vaxt hamımız içkili idik. Mən gələnə kimi onlar bir butulka çəkilmə araq içmişdilər. Mübahisənin baş verməsinə səbəb, Yusifin Etibara nişanlısına zəng etməsi ilə bağlı iradı olub. Bildik ki, həmin qızla görüşməyə gedir. Həmin qız Etibarın 1-ci nişanlısı idi, 2-ci dəfə də nişanlanmışdı. Etibar əvvəl Yusifi təhqir edib sonra kəllə ilə vurub. Sonra çıxardıq Etibarı çölə üzünə su vurduq, idmançı olduğu üçün fiziki cəhətdən çox güclü idi. Əvvəldə aralarında ədavət olub. Bıçaq Yusifin maşınında olub, əvvəldən xəbərim olmayıb ki, üstündə bıçaq olub. Bir bıçaq zərbəsi vurub Etibarın boynuna. Dərhal da tibbi yardım göstərmək üçün Etibarı xəstəxanaya aparmaq istədi, ancaq polis əməkdaşları yaxınlaşdı. Etibarı Yusifin maşınına qoyub xəstəxanaya apardılar, ancaq Etibar yolda keçindi".
Məhkəmə prosesi avqust ayının 6-na kimi təxirə salınıb.
Xatırladaq ki, qətl hadisəsi bu il yanvarın 13-də saat 22 radələrində Bayıl qəsəbəsində baş verib. 29 yaşlı Etibar Fətəliyev qohumu tərəfindən bıçaqlanaraq öldürülüb.
Hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı Yusif İsmayılov Etibarın xalası oğludur. Qətlə yetirilən gənc isə fitnes üzrə peşəkar idmançı olub. İlkin məlumatda hadisənin mübahisə zəminində baş verdiyi, xalası oğluna gücünün çatmayacağını görən şəxsin bıçaqla ona zərbələr endirərək qətlə yetirdiyi bildirilir.
Hadisə Səbail rayonu, Salyan şossesi 15 ünvanında baş verib. Xəstəxanaya aparılan Etibar Fətəliyev yolda kəskin qanitirmədən vəfat edib. Y.İsmayılov saxlanılıb.
Qeyd edək ki, Etibar Fətəliyev Müdafiə Nazirliyinin zabiti olub.
Etibar Fətəliyev 44 günlük Vətən müharibəsinin də iştirakçısı olub. O, göstərdiyi şücaətlərə görə, “İgidliyə görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
"Nişanlısına zəng etdiyi üçün irad bildirdi" - Zabiti qətlə yetirən şəxsin cinayət işi
Araşdırma
30, iyl, 2024
18:01
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00