Şirvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulublar

Araşdırma
20, iyl, 2024 13:32

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Qəmbər Mirqani və Asif Ələkbərov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Aftv.az-a verilən məlumata görə, həmin şəxslərdən müxtəlif çəkilərdə heroin, metamfetamin və xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər