Bərdə sakini ona 11 000 manat maddi ziyan vuran şəxsdən, həmin məbləğ ziyanlığın ödənilməsini tələb edir- PROBLEM
1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizdə insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun əsası qoyulmuşdur və Konstitusiyamızda insan hüquq və azadlıqlarının təmin olunması, məhz dövlətimizin ali məqsədi olaraq müəyyən edilmişdir. İllər keçdikcə bu sahədə müəyyən addımlar atıldı, saysız-hesabsız qanun və qərarlar da qəbul edildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiyasının 7-ci maddəsinin I hissəsində qeyd olunub ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar bir dövlətdir. Hüquqi dövlətin sosial əsası özünü tənzimləyən vətəndaş cəmiyyətidir və bu dövlət vətəndaş cəmiyyətinin forması kimi çıxış edir. Bu tip dövlətlərin mərkəzində insan hüquq və azadlıqlarının müdafiə olunması daim öndə tutulur. Qeyd edək ki, mərhum prezidentimiz, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətinin əsas ali məqsədlərindən biri olaraq, insanların və vətəndaşların hüquqlarının qorunmasını daim öndə tuturdu. Faktdır ki, bu gün də möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Konstitusiyamızdan irəli gələn tələblərə, yəni vətəndaş hüquq və azadlıqlarının təmin olunmasına olduqca önəm verir və hər bir vəzifə sahibinə, məhz bu yöndə lazımi tapşırıqlarını da verir. Belə bir səbəbdəndir ki, xalqımız möhtərəm Prezidentə inanır və ona güvənir. Təəssüf doğuran hal odur ki, zaman-zaman olduğu kimi, bu gün də dövlətimizin ayrı-ayrı qurumlarına qarşı inamsızlıq hissi yaratmağa çalışan, bir sözlə xalqa qarşı münasibətdə xəyanət yolunu tutan elə vəzifə sahibləri var ki, onlar yenə də qınaq obyektinə çevrilirlər. Məsələn, adicə bir faktı qeyd edək ki, bu günlərdə patriot.az xəbər portalının redaksiyasına Bərdə şəhəri, Köbərkənd kənd sakini, hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, bina-64, mən-49 ünvanında yaşayan Yusibov Murad Şakir oğlu tərəfindən şikayət ərizəsi daxil olub və bu şəxs yazdığı ərizəsində ona aid hüquqların pozulduğunu dilə gətirir. Murad Yusifov qeyd edir: “Mən ötən ilin dekabr ayında şəxsi istifadəmdə olan “KİA RİO -2007” markalı, dövlət nömrə nişanı 99-HY-640 olan avtomobilimi Naxçıvan MR-ı, Ordubad rayonu, Parağa kənd sakini Xıdırov Mehman Arzu oğluna 1 (bir) ay müddətinə idarəetməyə (etibarnamə əsasında) vermişdim. Qeyd edim ki, bu şəxs etibarnamə əsasında verdiyim avtomobilimi 2-3 gündən sonra, daha dəqiq desəm 20 dekabr 2023-cü il tarixdə olduqca sərxoş vəziyyətdə idarə edir. Az sonra o, avtomobilimi Abşeron rayonu, Qobu qəsəbəsinə gedən yolun kənarında dayanan “Ford Tranzit” markalı nəqliyyat vasitəsinin arx5a tərəfinə yüksək sürətlə vurur. Zərbənin təsiri o qədər böyük olur ki, hadisə yerinə yaxın olan digər nəqliyyat vasitələri də, baş verən zərbənin təsirindən xeyli zədələnirlər. Qeyd edim ki, mən “KİA RİO -2007” markalı avtomobilimi 11000 (on bir min) manata almışdım və baş verən hadisə nəticəsində həm Mehman Xıdırov ağır bədən xəsarətləri alır, həm də avtomobilim olduqca yarasız vəziyyətə düşür. Hadisənin baş verməsinə əsas səbəb, həmin vaxt Mehman Xıdırovun olduqca sərxoş vəziyyətdə olması olur. Hadisə yerində olan yol polisi əməkdaşları bu şəxsə İXM-nin 327.1 maddəsinin tələblərini tətbiq edirlər.
Onu da bildirim ki, baş verən hadisədən sonra Mehman Xıdırov xəstəxanaya yerləşdirilir və o, bir neçə gün müayinə və müalicə olunur. Həyata keçirilən müayinə və müalicə nəticəsində səhhəti kifayət qədər qaydaya düşən bu şəxsin, hal-hazırda Ordubad rayonunun Parağa kəndində olması haqda müəyyən məlumatlar var. Mehman Xıdırov atdığı addımı ilə mənə maddi ziyan vurduğunu bildirir, amma o, həmin ziyanı ödəmir, yaxud da ödəmək istəmir. Şifahi məlumatlarıma görə, bu şəxsin yaxın qohum-yvan indiyə kimi məni “fırlatmaq”da məşğul olur. Elə ki, zəng edib Mehman Xıdırovdan vurduğu maddi ziyanın ödənilməsini tələb edirəm, o halda bu şəxs mənə “yağlı vədlər” verir və minbir bəhanələr danışır, hətta o, “mənim əmim Əhliman müəllim məhkəmə hakimidir, hara və kimə şikayət etsən də heç bir nəticəsi olmayacaq” deyir və belə bir yollarla da vurduğu ziyanı ödəmir. Artıq hal-hazırda elə bir sıxıntılarla, olmazın çətinliklərlə üz-üzə qalmışam ki, bu gün özümü yandırıb intihar etmək qərarına gəlmişəm. Bəli, Mehman Xıdırovun bu cür davranışları onu söyləməyə əsas verir ki, bu şəxs doğma əmisinə arxayın olur və bir növ özünü toxunulmaz şəxs hesab edir. Düzdür, bu problemlə bağlı bir müddət bundan əvvəl Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ünvanlamışam. Yazdığım şikayət ərizəsi ilə bağlı verilən cavab məktublarının birində qeyd olunub ki, “Siz Binəqədi RPİ-nin 5-ci polis bölməsinə müraciət edin”. Bəli, mən müraciətimi edəcəyəm və o halın varlığına da ümid edirəm ki, aparılan araşdırmalar zamanı pozulmuş hüquqlarım ədalətli şəkildə həll olunacaq.
Qeyd edim ki, mən olduqca maddi sıxıntılar içində yaşayan şəxslərdən biriyəm və həmin pulu illər uzunu alın təri axıtmaqla əldə etmişdim. Ümidvaram ki, aidiyyəti dövlət qurumları şikayət ərizəmdə qeyd etdiklərimi diqqətdə saxlayacaq və üzüzə qaldığım belə bir problemin həllində mənə lazımi dəstəklərini də ifadə edəcəklər". Yazıda adı keçən hər kəsin mövqeyini dinləyə bilərik.
Mövzuya qayıdacağıq.
Patriot.az
Aftv.az
Məhkəmə hakimi Əhliman müəllim qardaşı oğlu Mehman Xıdırova himayədarlıq edir - QANUNSUZLUQ
Araşdırma
18, iyl, 2024
16:37
Son xəbərlər
Cəbrayıllı əsgər Lətifov Ramiz Mahmud oğlu itkin şəhid kimi xatırlanır
2, noy, 2025
21:03
Təkzib: Göygöl rayonunun Çaykənd kəndində yayılan əsassız iddialar barədə
13, sen, 2025
15:17
Otel adı altında fəaliyyət göstərən əxlaqsız yuvalar
23, iyl, 2025
15:15
DTX-nin saxladığı icra başçısı kimdir? - DOSYE
21, iyn, 2025
09:30
Şərurlu İsfəndiyar barəsində qərar verildi
23, apr, 2025
08:00
Sumqayıtda DƏHŞƏT
15, apr, 2025
08:30
Bakıda yarım milyon manat mənimsəyən "məşhur general"a hökm oxundu
15, apr, 2025
08:00
Tanınmış aparıcı yola görə Agentliyi məhkəmədə udub təzminat aldı – FOTO
24, mar, 2025
12:00
Özünü DTX əməkdaşı kimi təqdim edib sevgilisini aldatdı
23, mar, 2025
20:30
DTX-dən ƏMƏLİYYAT: Ordumuza aid videomaterialları
19, mar, 2025
00:34
Sahil Babayev TƏBİB-də “islahatlara” başladı – Əməkdaşların mükafatları kəsildi
12, mar, 2025
13:39
Prezidentdən müavinətlərlə bağlı FƏRMAN
12, mar, 2025
13:32
Sumqayıtda “Arzu” mərasim evinin fəaliyyəti dayandırıldı - VİDEO
7, mar, 2025
05:30
Bu müavinətlər artırıldı - Yeni məbləğlər
5, mar, 2025
13:00
Rəşad Nəbiyevin müavini təyin olunan Saməddin Əsədov KİMDİR? – DOSYE
5, mar, 2025
12:30
Azərbaycanda qurumlar birləşdirilir – SİYAHI
3, mar, 2025
05:00
Krediti qaytara bilməyən şəxs yalnız mülki məsuliyyət daşıyır?
2, mar, 2025
14:00
Moskvadan qələbə XƏBƏRİ GƏLDİ: Ukrayna məğlub olur - TƏCİLİ ❗
2, mar, 2025
13:30
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
2, mar, 2025
05:00
60 hakim yuxarı instansiya məhkəmələrinə irəli çəkilib
1, mar, 2025
06:30
Sumqayıt məktəbində QALMAQAL - Direktor müavinləri işdən çıxarıldı
1, mar, 2025
06:21
Ailəsini rayona göndərdi, iki ay oteldə qaldı - Həbs olundu
1, mar, 2025
05:02