Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məvəlləsinin 311.3-cü (rüşvət alma), 312-1 (rüşvətə vasitəçilik), 178.2 (xeyli miqdarda dələduzluq etmə) və 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə təqsirləndirilən Yeni Suraxanı bələdiyyəsinin sədri işləmiş Fikrət Quliyevin məhkəmə prosesinin baxış iclası keçirilib.
Aftv.az-ın məlumatına görə, təqsirləndirilən şəxs pulları əsasən pandemiya və 44 günlük müharibə vaxtı aldığını etiraf edib:
"Həmin vaxt bir gündə Yeni Suraxanı kəndinə 3 şəhidin nəşi gəldi, bütün hüzr xərclərini çəkdim. Həmçinin vətəndaşlardan aldığım pullarla kənddə olan şəhidlər xiyabanını təmir etdirmişəm. Həmin pullardan özümə bir qara qəpik də xərcləməmişəm. Saxta sənədləri hazırlamağımı təsdiq edirəm, öz otağımda kompüterdə düzəltmişəm, ancaq rüşvət almağım faktını qəbul etmirəm. Mənim torpaq satmaq səlahiyyətim olmayıb. 2007-ci ildən məhz Bakı şəhərində bələdiyyə torpaq sata bilməz.
Hakim Novruz Kərimov bələdiyyənin topraq sata bilməmək məsələsinə aydınlıq gətirdi: "Bələdiyyələr torpaqları düzgün planlı şəkildə satmadığı üçün Bakı şəhərinin baş planı pozulmuşdu".
Məhkəmə iclası 11 sentyabr ayına kimi təxirə salındı.
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı bələdiyyəsinin sədri Quliyev Fikrət Əzizağa oğlunun qanunsuz hərəkətləri ilə bağlı keçirilmiş əməliyyat tədbiri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.
İstintaq-əməliyyat tədbirləri ilə Fikrət Quliyevin həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar torpaq sahələrinin ayrılması, tikinti işlərinin aparılması və digər məqsədlərlə çoxsaylı şəxslərdən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına və digər qanunazidd əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib.
"Pulları əsasən pandemiyada və 44 günlük müharibədə almışam" - Bələdiyyə sədri
Araşdırma
17, iyl, 2024
18:18
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00