Bir neçə gün əvvəl korrupsiya əməliyyatı ilə həbs edilən Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Rəşad Məmmədov barəsindəki həbs qərarından narazı qalıb.
Aftv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rəşad Məmmədov birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verib. O, şikayət ərizəsində həbs qərarının ləğv edilərək sərbəst buraxılmasını xahiş edib.
Bakı Apellyasiya Məhkəməsi cinayət işi üzrə istintaq hərəkətlərinin yeni başlamasını və hərtərəfli araşdırmanın gedişinə maneə yaradılmaması əsası ilə şikayəti rədd edib.
Təqsirləndirilən şəxsin həbsi ilə bağlı rəsmi açıqlama yayılsa da, onun konkret hansı vəzifədə çalışması və nə qədər rüşvət alınması barədə məlumat verilməmişdi.
Digər məlumata görə, xor artisti olan Rəşad Məmmədov eyni zamanda Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin köməkçisi olub. İlkin istintaqla R.Məmmədovun 70 min manata yaxın rüşvət almasına şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311-ci ( rüşvət alma) maddəsinin müxtəlif bəndləri ilə ittiham elan edilib. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə direktor köməkçisinin həbsinə qərar verib.
Məlumat üçün bildirək ki, Azərbaycanın “Avroviziya-2009“ təmsilçisi Aysel Teymurzadə ilə evli olan Murad Adıgözəlzadə son günlər şəxsi həyatı ilə də gündəmə gəlib. Yayılan iddialarda onun işçisi olan xanımla səmimi münasibətinin yarandığı, hətta Adıgözəlzadənin onunla evlənəcəyi bildirilib. Filarmoniyanın direktoru bu haqda danışmasa da, məsələdə adı hallanan qadın iddiaları təkzib edib. Məlumatların mədəniyyət ocağının imicinə zərər yetirməsinə baxmayaraq, xəbərlər haqda rəsmi reaksiya da verilməyib.
Həbs edilən şəxs Murad Adıgözəlzadənin köməkçisi imiş
Araşdırma
16, iyl, 2024
18:26
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00