Vətəndaşların etibarını qazanaraq biznes qurmaq adı ilə 2 milyon manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirən Cahangir Musulat oğlu Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“Unikal”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs Cahangir Qəmbərov ifadə verib. Belə ki, cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb. O, zərərçəkən Mütəllimov Əhməd Aydın oğluna 1.470.751 (bir milyon dörd yüz yetmiş min yeddi yüz əlli bir) manat, Rəşidov Tamerlan Elman oğluna 581.436 (beş yüz səksən bir min dörd yüz otuz altı) manat, Mixieva Liliya Talxovnaya 136 (yüz otuz altı min) manat, Əhmədov Aqif Çingiz oğluna 3400 (üç min dörd yüz) manat, Məlikov Hacıbala Qasım oğluna isə 2400 (iki min dörd yüz) manat ziyan vurmaqla dələduzluq edib. İttiham aktına görə, Canahgir Qəmbərov adı zərəçəkmiş qismində keçən şəxslərin 3-nə söz verib ki, onlara İran İslam Respublikasından sənaye xammalı olan “PVS” (kroşka) alaraq Azərbaycana gətirəcək, burada həmin xammal məhsulu ilə elektrik örtükləri istehsal edərək baha qiymətə satacaq və əldə olunan yüksək gəlirə onlarıda özünə şərik edəcək. Həmçinin Əhməd Mütəllimova “PVS” məhsulundan başqa “DOP” yağını idxal edə biləcəyinidə söz verib. Cahangir hətta Əhməd Mütəllimovu Abşeron rayonu Məhəmmədi kəndində zavod açıb elektrik kabel örtüyünü istehsal edərək yüksək qiymətə sataraq əldə olunacaq qazanca onuda şərik edəcəyinə dair yalandan vəd verərək aldadıb. İttiham aktında göstərildiyi kimi, Əhməd Mütəllimov Cahangirə verdiyi pulların ödənişlərinə dair invoice qəbzlərinin surətlərini, saxta sənədləri, səs yazılarını istintaqa təqdim edib.
Məhkəmə zalında ifadə verən Changir Qəmbərov bildirib ki, 2012-ci ildən elektrik kabellərin satışı ilə məşğul olub: "2016-cı ildə bu iş üzrə zərərçəkmiş olan Liliya Muxievanın həyat yoldaşı Qəriblə tanış olmuşam. O, mənə PVS biznesi üçün 80 min dollar pul verib. Həmin pulu biznesə qoymuşam. Qəribə xeyir olaraq 40-45 min dollar pul vermişəm. Tamerlan evini ipotekaya qoyub mənim adıma 200 min dollar pul çıxarıb, o pula mənim əlim belə dəyməyib. Həmin pulu da biznesə yatırmışam. Tamerlana 70 min dollara yaxın xeyir vermişəm. Əhməd Mütəllimovdan isə 2 milyon ABŞ dollardan artıq pul almağımı etiraf edirəm. Onunla çox yaxın biznes əlaqələrimiz olub. Hacıbala Məlikova məxsus telefon dükanından 2400 manatlıq nisyə telefon götürmüşdüm, onu da evimdəkilər veriblər".
Qeyd edək ki, Cahangir Qəmbərovun məhkəmə prosesinin növbəti iclası iyulun 23-nə təyin edilib.
Xatırladaq ki, Cahangir Qəmbərov 13 iyul 2023-cü ildə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və ona bir neçə şikayətçinin ərizəsi əsasında Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə cinayət işi başlanıb. 14 iyulda isə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ona təqsirləndirilən şəxs qismində həbs- qətimkan tədbiri seçilib.
Aftv.az
“Əhməd Mütəllimovdan 2 milyon dollardan artıq pul almağımı etiraf edirəm”- Cahangir Qəmbərovun bir neçə milyonluq cinayət işi
Araşdırma
9, iyl, 2024
22:28
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00