Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Kamal oğlu Mehdiyevin məhkəmə prosesinin növbəti iclası keçirilib.
Aftv.az-ın məlumatına görə, təqsirləndirilən şəxs Çingiz Mehdiyevin həyat yoldaşı Nərminə Məmməd qızı Əkbərova şahid qismində ifadə verib. Qeyd edək ki, Çingiz Mehdiyev ilə Nərminə Ələkbərova hələ rəsmi olaraq boşanmayıblar. Bu barədə Nərminə Əkbərovanın nümayəndəsi məlumat verib. Məhkəmə prosesinin gedişində hakim Leyla Əsgərova-Məmmədova şahidin ifadəsini elan edib. Sonra Çingiz Mehdiyevin vəkili Faiq Nəcəfov Nərminə Əkbərovaya bəzi suallar ünvanlayıb. Nərminə Əkbərova məhkəməyə sürücü Mais Malik oğlu Abdullayevin ailəvi sürücüsü olmağının tarixçəsini danışıb. Məlum olub ki, Mais Abdullayevlə onların ailəsini Nərminə xanımın iş yoldaşları tanış edib. Həmçinin Mais Abdullayevin fiziki şəxs kimi hesabı Unibankda, yəni Nərminə Əkbərovanın işlədiyi bankda olub: "2018-ci ildən isə Çingiz Mehdiyevin qanunsuz işləri barədə məlumat topladım, 2023-cü ildə isə onun əməlləri barədə istintaq orqanına məlumat verdim. Hətta uşağımıda əlimdən aldı".
Vəkil Faiq Nəcəfov isə, uşaqla bağlı məhkəmə psixoloji ekspertizasının təyin olunduqdan sonra qızın Nərminə xanımın əlindən alındığını bildirildi.
Çingiz Mehdiyev də qızının onda qalmaq məsələsinə aydınlıq gətirib: "2019-cu ildən Nərminə Əkbərova ilə ayrı yaşasaqda 2023-cü ildə mən boşanma ilə bağlı məhkəməyə müraciət etdim. Uşaqda məhkəmənin qərarı ilə mənə verilib, qızım mənimlə qalmaq istədi, 15 yaşı var idi mənim yanıma gələndə. Artıq iki ildir mən saxlayıram qızımı. Boşanmaya ərizə verdikdən sonra Nərminə xanım şəxsi qərəzlik edərək məndən istintaq orqanına şikayət etdi".
Şahid Allahverdiyev Rəhim Kərim oğlu ifadəsində qeyd edib ki, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Maliyyə şöbəsində 8 il çalışıb: "Çingiz Mehdiyev İdman şobəsinin müdiri idi. Əsas işi yarışın hazırlanması, mənim işim isə maliyyə məsələləri ilə bağlı olub. Mais Abdullayev və Çingiz Mehdiyevin anasının hesablarına köçürülən pullardan xəbərim olmayıb. Büdcə dövlətdən ayrılırdı, aidiyyəti üzrə xərclənirdi".
Məhkəmə prosesinin gedişində vəkil Faiq Nəcəfov bir neçə vəsatət verib: "Çingiz Mehdiyevin əmlaklarının üzərinə həbs qoyulub. Ancaq həmin əmlaklar Çingiz Mehdiyev anasına məxsusdur və bu hadisədən uzun illər qabaq alınıb. Əmlakların dəyəri 1 milyondan artıqdır, ancaq onun üzərinə qoyulan mənimsəmə 400 min manat civarındadır, onun da 100 min manatını odəyib. Qoy onun bir evi, qiymətləndirici şirkət tərəfindən 510 min manat dəyərləndirilən evin üzərində həbs qalsın, qalan əmlakların üzərindən isə həbs götürülsün. Çünki Çingiz Mehdiyevin qazanc yeri yoxdur, həmin əmlaklarını satıb müəyyən problemlərini həll etmək istəyir".
Dövlət ittihamçısı Orxan Səmədov vəkilin vəsatətinin təmin edilməməsini istədi. Hakim Leyla Əsgərova-Məmmədovada Çingiz Mehdiyevin əmlaklarının üzərindən həbsin götürülməsinə etiraz etdi.
Məhkəmə prosesi 22 iyul tarixinə kimi təxirə salındı.
İttihama görə, Çingiz Mehdiyev özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti "Formula 1" yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla o, ümumilikdə 397 min 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb.
Bundan başqa, təqsirləndirilən şəxs Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr ayları arasında olan müddət ərzində qardaşı Zaur Mehdiyevin ABŞ-ın "Bank of America" bankında olan hesabına köçürməklə öz qulluq mövqeyindən istifadə etməklə 1 milyon 436 min 735 manat təşkil edən məbləği köçürməklə leqallaşdırıb .
Qeyd edək ki, Çingiz Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub.
Xatırladaq ki, istintaq dövründə Ç.Mehdiyev mənimsədiyi məbləğin 100 min manatını dövlət büdcəsinə geri ödəyib.
"Ekspertiza təyin olunduqdan sonra qızımın mənimlə qalması barədə qərar qəbul edildi" - Çingiz Mehdiyevin məhkəməsi
Araşdırma
1, iyl, 2024
12:31
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00