17 saylı körpələr evi-uşaq bağçasında yarım qalan "RÜŞVƏT" işləri, 6 saylıda davam etdirilir? ARAŞDIRMA

Araşdırma / Təhsil
17, iyn, 2024 09:43

Qısa müddət əvvəl Xırdalan şəhər 17 saylı baxçasında baş vermiş hadisə ilə bağlı yayılan səsyazısı ölkədə rezonansa səbəb olan xəbərə çevrildi. Rüşvət, vəzifə səlahiyyətindən sui-istifadə və aşma hallarının mövcud olduğu səsyazısı sürətlə yayıldı. Elm və Təhsil Nazirliyinin reaksiyası geciksə də Regional idarənin reaksiyası heçdə gecikmədi. 17 saylı baxça müdirəsi Fəranə Məhərrəmova dərhal nəzarətə götürüldü. Bu qalmaqaldan sonra yayılan xəbərlərdə F.Məhərrəmovanın 17 saylı baxçadan Digah qəsəbəsində yerləşən baxçaya direktor olaraq göndərildiyi xəbəri yayıldı. Təəssüf ki xanım rəhbərliyin ilk günlərindən artıq gəlirli yerlərin özünün inana biləcəyi şəxslər tərəfindən idarə edilməsi üçün köhnə kollektivin narazılığına səbəb ola biləcək qərarlar verməyə başladı. Rəsmi 10 gündür təyin edildiyi amma Xırdalandan çıxarıldıqdan qısa müddət sonra Digahda özünə yer edən direktor ilk öncə maşınını gizlədərək taksi ilə işə RTİ-nə get gələrin etməklə gözdən pərdə asmağıda yaddan çıxarmadı. İş başında verdiyi qərarlarla idarəsində olan işçilərin aqresiyasına səbəb olmağı bacaran Fəranə Məhərrəmova “Kanal 14” efirində də müzakirə olunub.

“17 saylı körpələr evi-uşaq bağçasında yarım qalan "RÜŞVƏT" işləri, 6 saylıda davam etdirilir” sərlövhəsi ilə efirini başlayan “Kanal 14” Fəranə Məhərrəmova ilə canlı yayımda əlaqə saxlanılıb. Qeyd edək ki, tanınmış jurnalist Kamal Əsgərovun birbaşa yayımında suallara cavab tapmaq üçün Digah qəsəbəsinin 6 saylı baxçasına direktor təyin edilən F.Məhərrəmova özünü “aydan arı sudan duru” çıxarmaqla özündən qabaq fəaliyyətdə olan rəhbərləri ittiham edib. Baxçada fəalliyət göstərən dövlət xətti ilə işə düzəlmiş Leyla adlı əməkdaşın “DOST” xidməti vasitəsi işlə təmin etdirildiyidə məlum olub. Lakin sıxışdırılan Leylanın verdiyi məlumatları inkar edən direktor eks-direktor əvəzi Arzu Əhmədovanı günahkar çıxarıb. Eyni ilə 17 saylı baxçada da baş verən rüşvət tüğyanında ondan qabaq işləmiş direktorların külli miqdarda yeyinti etdiyi məlumatı yüzlərlə insanın və dövlət qurumlarının canlı izlədiyi efirdən səsləndirilib. F.Məhərrəmovanın qeydlərinə görə, invertarların təhvil təslim prosesini Leylanın etmədiyini məhs buna görədə 8 gündür işlədiyi müəssisədə baş verənlərə heçnə deyə bilməyəcəyinin vurğulasa da özünün və özündən əvvəlkilərin əməllərinidə ifşa etdi. Digah kənd 6 saylı baxçada saat 13:00-da anbardan körpələr üçün qidanı gözəyarı götürülməsi və uşaqlara yemək hazırlanması üçün mətbəxə verildiyin etiraf edən Fəranə müəllimə idarəçilikdə səriştəsizliyini dolayı yola bildirib.

Xanım rəhbərin əslində danışdığı hər bir kəlməsində bu vəzifəyə tamamilə yararsız olması özünün etirafıdır. Lakin israrla vəzifədə qalmaq sevdası bu şəxsdə hardan, nədən, hansı maraqlardan yarandığıda ortadadır əslinə baxdıqda. Jurnalistə imkan verməyən Fəranə Məhərrəmova Kamal Əsgərovu baxçaya dəvət edir. Lakin jurnalist baxçaya gəlməyin əsas olmadığını və suallara aydınlıq gətirməyin vacibliyindən dəfələrlə söz açsada direktor onu dinləmək belə istəmədiyini danışıqları ilə nümayiş etirib. Qeyd etməliyik ki, Fəranə Məhərrəmova Xırdalan şəhər 17 saylı baxçada yayılan səs yazısı ilə əlaqədar tutduğu vəzifəsindən azad edilərək, Digah qəsəbəsindəki 6 saylı baxçaya təhkim edilib. Lakin gəldiyi gündən illərlə işləyən əməkdaşlara qarşı keçmiş iş yerində olduğu kimi aqressiv yanaşması ilə narazılıqların yaranmasını dərhal bacardı. Keçən yazımızda da Fəranə xanımın RTİ yolunu su yoluna döndərməsi özünə yeni himayədar axtarışında olmasını qeyd etmişdik. Lakin baş verən bu qalmaqaldan sonra artıq əlində yenicə tapdığı himayədarıda itirmək məcburiyyətində qalıb deyə Bakunews.az-a məlumat daxil olub. Xırdalan 17 saylı baxçada yayılan səs yazılarındada qeyd edilən yığılıb pul verilməlidir ifadələri sanki Fəranə xanımın deyil, jurnalistin öz ifadəsi imiş kimi özünü tərif edən direktor izləyicilərində qəzəbinə səbəb olub.
Canlı yayımda yeganə direktor olduğunu özü öz səsyazısı ilə bağlı Prokurorluğa müraciət etdiyin deyən xanım rəhbər səsinin təhrif edildiyin bildirib. Lakin səsyazısından aydın görünür ki, xanım heçdə keçmiş direktor barəsində deyil, məhs özünün nə qədər varlı ailədən gəlməsindən danışır. İmkanlarını sadalayan və hər iki qızına ev aldığın (GL) avtomobili xaricdən sifarişlə gətirdiyin deyən Fəranə Məhərrəmova bu qədər varkarın içində niyə 450 manat məvacib qarşılığında direkltor işləməyə israrlıdır deyə sual yaranır...?

Jurnalist Kamal Əsgərovun maraqlı araşdırması nəticəsində yaranan suallardan qaçmaq üçün durmadan baxçaya gəlmək təklifi üstəgəldə özünə tərif əvvəlki rəhbərlərə isə yetəri qədər ittihamlar səsləndirən Fəranə xanım özüdə bilmədən bir çox cinayət əməllərinin etirafın etdi. 17, 22 və 6 saylı baxçalarda rəhbərliyinin araşdırmasını efirdən deyən Fəranə Məhərrəmovanın istəyi yəqin ki, Baş Prokurorluq tərəfindən aydın şəkildə eşidilmişdir. Qeyd etməliyik ki, media resurslarında dərc edilən hər bir materialda təqdim edilən informasiyanı hüquq-mühafizə orqanları əsas götürməklə cinayət işinin başlanması barədə qərar qəbul etmək səlahiyyətinə malikdir. Hüquq Mühafizə orqanlarındanda media mənsubu olaraq rica edirik ki, Fəranə Məhərrəmovanın istəyi və yaranan mütləq araşdırma məqsədi ilə xanımın fəaliyyəti tam araşdırılsın. İlkin yayılmış səs yazısından göründüyü kimi şəxs vəzifə səlahiyyətlərindən istifadə edərək əməkdaşlarından rüşvət tələb edir. Lakin səsin təhrif edildiyin vurğulamaqla tutduğu əməldən heçdə peşmançılıq hissi keçirmədiyi göz önündədir.

Canlı efirdə aparıcıya qarşı hörmətsizlik etməsidə jurnalistin tam təfərrüatlı şəkildə məsələlərə yanaşma etməsinə səbəb oldu. Mədəni davranışla sağollaşmadan suallardan qaçmaq üçün mobil əlaqəni kəsən Fəranə Məhərrəmova bir daha qaranlıq məqamların varlığından xəbər verdi. Güman edir ki, Abşeron-Xızı Regioanl Təhsil İdarəsinin rəhbəri xanımın adekvat olmayan addımları və fəaliyyəti ilə bağlı ciddi ölçü götürülməsi müəssisədə yaranan narazılığın aradan qaldırılması üçün isə yaxlama aparılmasına əmr verəcəkdir. Dəfələrlə mediada yayılan və öz əksin tapan faktlarla bağlı İlhamə Abdullayevanın qətiyyətli addımlarıda bu gün media tərəfindən alqışlanmaqdadır.

17 saylı baxçanın keçmiş müdirəsi Günay Hacıyevanın korrupsiya halına yol verdiyi iddiasıda məhs Fəranə Məhərrəmovanın dilindən səslənib. Günay Hacıyevanın bahalı maşını, iki qız övladına mənzil alması, özəl baxça açması, 17 sot torpaq sahəsinin alınması kimi iddialarında səsləndiyi şok detallar mövcudur.

HƏMIN EFIRIN SƏSƏLƏNƏN ETIRAFLAR VƏ ITTIHAMLAR OLDUĞU KIMI!



"ABŞERON-XIZI REGIONAL TƏHSIL İDARƏSI BARƏSINDƏ ARAŞDIRMA APARILAN XIRDALAN ŞƏHƏRI 17 NÖMRƏLI KÖRPƏLƏR EVI-UŞAQ BAĞÇASININ MÜDIRI ILƏ BAĞLI DAHA BIR AÇIQLAMA YAYIB.
AÇIQLAMADA SOSIAL ŞƏBƏKƏLƏRDƏ SƏS YAZISI YAYILAN BAĞÇA MÜDIRI FƏRANƏ MƏHƏRRƏMOVANIN ƏMƏK QABILIYYƏTINI ITIRDIYI, MÜDIR SƏLAHIYYƏTLƏRINI ICRA ETMƏDIYI BILDIRILIB.
“SOSIAL ŞƏBƏKƏLƏRDƏ YAYILMIŞ SƏS YAZISI ILƏ BAĞLI BILDIRIRIK KI, BAĞÇANIN MÜDIRI HAZIRDA ƏMƏK QABILIYYƏTINI ITIRDIYINƏ GÖRƏ BAĞÇANIN MÜDIR SƏLAHIYYƏTLƏRI ABŞERON-XIZI REGIONAL TƏHSIL İDARƏSININ METODISTI SEVINC ABBAS QIZI QURBANOVAYA HƏVALƏ EDILIB. BAĞÇA MÜDIRI IŞƏ QAYITDIQDAN SONRA BARƏSINDƏ QANUNVERICILIYIN TƏLƏBLƏRINƏ UYĞUN OLARAQ MÜVAFIQ TƏDBIR GÖRÜLƏCƏK”, - MƏLUMATDA VURĞULANIB.
İDARƏDƏN, HƏMÇININ QEYD EDILIB KI, SÖZÜGEDƏN BAĞÇANIN FƏALIYYƏTI TƏHSIL İDARƏSI TƏRƏFINDƏN NƏZARƏTƏ GÖTÜRÜLÜB. İCTIMAIYYƏTƏ BU BARƏDƏ ƏLAVƏ MƏLUMAT VERILƏCƏK.
 


Mövzunun vacibliyin nəzərə alaraq diqqətdə saxlayacağıq. Araşdırmalarımız davam edir.



BAKUNEWS.AZ


Aftv.az 

Son xəbərlər