Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Zaman Məhəmməd oğlu Zeynalovun məhkəmə prosesinin növbəti iclası keçirilib.
"Unikal"ın məlumatına görə, şahid qismində təqsirləndirilən şəxsin oğlu Amid Zamanov ifadə verib:
"Atam anama xəsarət yetirib. 5 ildir ağır şəraitdə yaşayırıq. Hadisə olan vaxtı Rusiyadan təzə gəlmişdik. Anam xəstəlikdən əziyyət çəkirdi. Son müddət bacımın həyat yoldaşından ayrılmasından və evə qayıtmasından ailəmizdə mübahisə daha da böyümüşdü. Anamın ölümünə gəlincə isə, səsə gəldim, gördüm anam uzanıqlı vəziyyətdədir. Mən hadisə yerinə çatanda artıq iş işdən keçmişdi".
Təqsirləndirilən Zaman Zeynalov oğlunun ifadəsinə münasibət bildirib: "Qızım Səmanın nişanı bir dəfə qayıtdı. Sonra ərə verdik. Təzədən düz gəlmədi, boşandı, gəldi. Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram".
Növbəti şahid qismində təqsirləndirilənin digər oğlu Qamət Zeynalov qeyd edib ki, atası anası Pərvanə Şahbaz qızı Zeynalovanı qətlə yetirib: "Anam bacım Səmanı ər evindən götürüb gətirdi. Mən bu Vətənin vətənpərvər oğluyam, 44 günlük döyüşlərdə iştirak etmişəm, anamızı itirdik, heç olmasa atama az cəza verin. Atam özü hadisədən sonra könüllü gedib polisə təslim oldu".
Məhkəmə prosesi 10 iyul tarixinə kimi təxirə salınıb.
Xatırladaq ki, Zaman Zeynalov ötən ilin yanvar ayında Qobustan qəsəbəsində həyat yoldaşı Pərvanə Zeynalovanın boğazını kəsərək qətlə yetirib.
Aftv.az
Arvadının boğazını kəsərək öldürən şəxsin oğlu: "Atama az cəza verin"
Araşdırma
12, iyn, 2024
18:55
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00