Baş Prokurorluq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə məlumat yayıb.
Aftv.az xəbər verir ki, birgə məlumatda deyilir:
"Hərbi xidmətə çağırışdan boyun qaçırma hallarına qarşı Baş Prokurorluq tərəfindən mütəmadi olaraq müvafiq dövlət qurumları ilə birgə mübarizə davam etdirilir.
Həyata keçirilən kəsərli tədbirlər çərçivəsində, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işlərinin ibtidai istintaqı aparılıb və həmin şəxslər məhkəmə məsuliyyətinə verilib.
İstintaqla, həmçinin çağırışçıların tibbi müayinəsini həyata keçirən xəstəxana və Hərbi Həkim Komissiyalarının həkimləri tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmaması, hərbi xidmətə çağırışla əlaqədar çağırışçıların düzgün müayinə edilməməsi, sağlamlıq vəziyyəti faktiki olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilən şəxslərə düzgün diaqnoz təyin edilməməsi və ya sağlam olan şəxslər barəsində hərbi xidmətə yararsız hesab edilə bilən diaqnozlar təyin edilməklə hərbi xidmətdən yayınmağa şərait yaradılması müəyyən edilib.
Aparılan araşdırmalarla 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda onların sağlamlıq vəziyyətinin düzgün qiymətləndirilməyərək hərbi xidmətə yararlı kimi qeydə alınması, 26 nəfərin praktiki sağlam və xidmətə yararlı olduğu halda tibbi müayinədən keçirildikdən sonra hərbi xidmətə yararsız kimi qiymətləndirilməsi, 12 nəfərin isə müxtəlif saxta sənədlərlə hərbi xidmətdən yayınması müəyyən edilib.
Qeyd olunan 26 nəfər yenidən tibbi müayinədən keçirilib və məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, onların hərbi xidmətə yararlı olmaları təsdiq olunduğundan barələrində toplanmış materiallar onların hərbi xidmətə göndərilməsi üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim edilib.
Digər 12 nəfər barəsində isə toplanmış materiallar onların hərbi xidmətə çağırış məsələsinə yenidən baxılması üçün aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə göndərilib.
Bundan başqa, sadalanan faktlarla bağlı araşdırma nəticəsində aşkar edilən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması, habelə gələcəkdə neqativ halların baş verməsinin qarşısının alınması məqsədilə ümumilikdə 28 tibb müəssisəsi üzrə 90-a yaxın həkim və tibb işçisi barəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) prokuror təsir tədbiri qismində təqdimatlar göndərilib.
Müddətli həqiqi hərbi xidmətə çağırışdan boyun qaçırma hallarının qarşısının alınması və çağırışçıların yenidən hərbi xidmətə cəlb olunması, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək".
Dövlət xidmətinin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı
Araşdırma
10, iyn, 2024
18:40
Son xəbərlər
"Sabah"ın baş məşqçisi: "Düşünürəm ki, hər kəs bizdən qələbə gözləyir"
12, okt, 2026
18:31
Azərbaycanda avtomobillər bahalaşdı: Bakı və bölgələr arasında kəskin fərq var
12, okt, 2026
18:27
15 yaşlı qız ölümündən 8 saat sonra öz dəfnində tabutda oyandı
12, okt, 2026
18:20
Pulları yazmayın: Məhkəməlik ola bilərsiniz - Foto
12, okt, 2026
18:16
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi - Foto
12, okt, 2026
18:12
Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
12, okt, 2026
18:09
Məktəblərdə vahid forma: "Şagirdlər arasında sosial fərqlər aradan qaldırılır"
12, okt, 2026
18:05
Peskov Putinin ad gününü necə keçirdiyindən danışıb
11, okt, 2026
19:35
"Qarabağ" səfərdə "İmişli"yə qalib gəldi
11, okt, 2026
19:28
Sabah bəzi ərazilərdə işıq olmayacaq
11, okt, 2026
18:39
Sumqayıtda mikroavtobusla minik avtomobili toqquşdu: Xəsarət alanlar var - Foto
11, okt, 2026
17:54
Azərbaycan boksçusu Avropa çempionu oldu
11, okt, 2026
17:49
Polis qadın döş implantının çıxarılmasından sonra öldü: Faciənin TƏFƏRRÜATLARI
11, okt, 2026
17:40
Sabiq rəhbərlə bağlı məhkəmə tarixi açıqlandı
22, iyl, 2026
14:50
Rauf Arifoğlu ilə bağlı Prezidentin yeni sərəncamı
22, iyl, 2026
14:30
39 yaşlı kişinin ölümü ilə bağlı araşdırma başlanıldı
22, iyl, 2026
14:00
İsrail ordusu Qəzzada yeni təhlükəsizlik xətti formalaşdırır
21, iyl, 2026
14:50
Əmək münasibətlərində vacib xəbərdarlıq: Bu bəhanə qəbul olunmur
21, iyl, 2026
14:35
Bakıda İlham Əliyevlə Fridrix Mertsin təkbətək görüşü keçirilir
21, iyl, 2026
14:30
Neft bazarında son qiymətlər bəlli oldu
21, iyl, 2026
14:27
Harvard Universiteti ilə bağlı ciddi ittiham irəli sürüldü
21, iyl, 2026
14:00
Azərbaycanda yeni doğulan körpələrin sayı azalıb – FOTO
21, iyl, 2026
10:33
Pensiyaçılar diqqət: Yeni qərar açıqlanıb
21, iyl, 2026
10:30
Səfirdən Bakı-Berlin münasibətləri ilə bağlı mühüm açıqlama
21, iyl, 2026
08:40
İran-Fransa münasibətlərində gərginlik: İki fransız diplomat saxlanıldı
21, iyl, 2026
08:30
İranın hücumları ABŞ ordusunda ağır itkilərə səbəb oldu: 100-ə yaxın yaralı
21, iyl, 2026
08:00