Köhnə əməlindən əl çəkməyən keçmiş məhkum yenidən tutulub

Araşdırma
6, iyn, 2024 18:30

Lənkəranda köhnə əməlindən əl çəkməyən keçmiş məhkum yenə tutulub.
Aftv.az xəbər verir ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin əkib-becərilməsində şübhəli bilinən Elşən Bağırov saxlanılıb.
Keçirilən baxış zamanı onun üzərindən marixuana, yaşadığı evin eyvanından isə dibçəklərdə əkib-becərdiyi 11 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb.
Qeyd edək ki, həmin şəxs beş il əvvəl də külli miqdarda narkotik tərkibli bitkilər əkib-yetişdirdiyi üçün tutulub və məhkum olunub.
Hazırda faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər