Bakıda məşhur cibgir tutuldu

Araşdırma
5, iyn, 2024 19:27

Bakıda cibgirliklə məşğul olan şəxslər saxlanılıblar.
Aftv.az xəbər verir ki, 38 saylı avtobusda bir sərnişinin 327 manatını oğurlayan 1972-ci il təvəllüdlü Vüqar Həsənov və 1963-cü il təvəllüdlü Akif Zeynallı tutulublar. Onların paytaxtda müxtəlif avtobuslarda 60-dan artıq şəxsin pulunu cibgirlik edərək ələ keçirdikləri məlum olub.
Qeyd edək ki, Vüqar Həsənov ("Cibgir Vüqar") əvvəllər də eyni əməllərə görə saxlanılıb və dəfələrlə məhkum olunub.
Faktla bağlı araşdırmalar aparılır.

Son xəbərlər